Hər il Las-Veqasda keçirilən SEMA tüninq sərgisini Ringbtothers aletleyinin iştirakı olmadan təsəvvür etmək mümkün deyildir. Bu il Cim və Mayk Rinq qardaşları sərgiyə xüsusi hazırlanmış 1969-cu ilin Chevrolet Camaro avtomobilini gətirmişdirlər.
Chevrolet Camaro G-Code kupesi adının çəkilməsini istəməyən müştəri tərəfindən sifariş edilmişdir.Bu şəxs unikal Camaro modelinə sahib olmağı arzulamışdır. Kupenin kapotunun altında 6,8-litrlik LS3 V8 mühərriki yerləşdirilmişdir ki, bu mühərrikin güc də 1000 at qüvvəsinə qədər artırılmışdır. Güc aqreqatı Tremec firmasının istehsalı olan altı pilləli sürətlər qutusu ilə birgə çalışır. Bundan başqa, “əzələ” avtomobili paslanmayan poladdan hazırlanmış Flowmaster buraxılış sistemi ilə təchiz edilmişdir.
G-Code kupesinin dreq üçün nəzərdə tutlduğunu düşünürsünüzsə yanılırsınız. Tünerlər avtomobil Detriot Speed firmasının tənzimlənən asqı sistemini və Baer Brakes əyləc sistemini quraşdırmışdırlar. Maslkarın tərtibatı Ringbrothers atelyesinə xas olan üslubda həyata keçirilmişdir. Avtomobilin kuzove mavi rəngə boyanmış və karbondan olan elementlərlə bəzədilmişdirlər. HRE təkər diskləri 1980-cı illərin üçüncü nəsil Camaro IROC-Z avtomobilinə ithaf edilmişdir.