Toyota şirkəti Las-Veqasda keçirilən SEMA tüninq şousuna Land Cruiser 200 ofroderinin bazasında hazırlanmış Land Speed Cruiser modelini gətirmişdir. Avtomobil 2000 at qüvvəsinə malik olan mühərriklə təchiz edilmişdir.
Belə möhtəşəm gücü əldə etmək üçün, yapon mütəxəssislər 5,7-litrlik V8 mühərrikini iki ədəd Garrett fimasının turbokompressorları ilə təchiz etmişdirlər. Güc aqreqatı ATI performance Products firması tərəfindən xüsusi olaraq bu avtomobil üçün hazırlanmış sürətlər qutusu ilə birgə çalışır. Yapon şirkətinin nümayəndələrinin iddiasına görə, Toyota Land Speed Cruiser modelinin maksimal sürəti 354 km/saat təşkil edir. Bununla belə, istehsalçı avtomobil haqqında ətraflı məlumat verməmişdir. Yaponlar avtomobilin hər bir detalının yenidən nəzərdə keçildiyini bildirmişdilər. Buna misal olaraq donor modelin gücləndirilmiş ramasını göstərmək olar.