İdman avtomobilləri istehsalçısı olan məşhur Ferrari şirkəti LaFerrari hiperkarının açıq variantını hazırlamaq niyyətindədir. Bu barədə Automobile dərgisinə FCA alyansının rəhbəri olan Sercio Markionne bildirmişdir. Jurnalistlər Markionneyə italyan şirkətinin LaFerrari modelinin daha az ekstremal variantı haqqında gəzən saiyələrə aydınlıq gətirməyi xahiş etmişdirlər.«LaFerrari modeli ilə əlaqəsi olan yeganə yeni avtomobil onun Spider variantı ola bilər. Bu artıq sirr deyil və biz potensial müştərilərlə danışıqlara başlamışıq», - söyləyən Markionne məsələyə aydınlıq gətirmişdir.
Ferrari şirkətinin rəhbəri yeni avtomobilin nə zaman təqdim ediləcəyi barədə məlumat verməkdən imtina etmişdir. Ehtimallara görə, LaFerrari Spider superkarı gələn il işıq üzü görməlidir. Xatırladaq ki, Ferrari LaFerrari hiperkarı 2013-cü ildə Cenevrə beynəlxalq avtomobil sərgisində təqdim edilmişdi.
Avtomobil, tərkibinə 800 at qüvvəsi gücü olan 6,3-litrlik V12 mühərriki və 120 kilovat gücü olan elektromotor, litium-ion batareyaları və yeddi pilləli robotlaşdırılmış sürətlər qutusu daxil olan hibrid güc aqreqatı ilə hərəkətə gəlir. Hibrid aqreqatın ümumi gücü 963 at qüvvəsidir.
LaFerrari 100 km/saat sürətini 3,0 saniyəyə toplamaq imkanına malikdir. Avtomobilin maksimal sürəti 350 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılmışdır. Ferrari LaFerrari avtomobili 499 ədəlik tirajla istehsal edilmişdir.