Jaguar markası avtomobil idmanında uğurlu tarixə malikdir. Buna missal olaraq məşhur Le Man marafonunu göstərmək olar. Bununla belə, ingilis markası bu yarışlarda sonuncu dəfə 1990-cu ildə XJR-12 yarış avtomobili ilə qalib gəlmişdir. Lakin, 1993-cü ildə üç Jaguar XJ220s modeli ilə Sartedəki avtodromda 24 saatlı marafona qatılan ingilis istehsalçısı uğursuzluğa düçar olmuşdu.
Artıq 20 ildən artıq bir müddətdir ki, Jaguar avtomobillərini dözümlülük yarışlarının üst kateqoriyasında görmək mümkün deyildir.
Türkiyədən olan dizayner Sərdar Soyal Michelin Design Challenge müsabiqəsi çərçivəsində təqdim etdiyi Jaguar SS-107 konseptini hazırlayarkən Britaniya istehsalçısının gələcəkdə bu yarışların üst kateqoriyasına qatılacağına ümid etdiyini nümayiş etdimişdir. Dizaynerin fikrincə, konsept 2030-cu ildə Le Man marafonunda iştirak edəcək sportprototiplər haqqında təsəvvür yaratmalıdır.
Konseptin adındakı 107 rəqəmi isə, 24 saatlıq Le Man marafonunun 2030-cu ildə qeyd ediləcək 107 illik yubileyinə işarə edir.
Jaguar SS-107 konsepti müasir sportprototiplər ilə bənzər cəhətlərə malikdir ki, bunlara misal olaraq güclü mailliyi olan alın şüşəsini, ön qanadlarda yerləşdirilmiş fənərləri və iri arxa spoyleri göstərmək olar.
Konseptin kompozit materiallardan hazırlanmış kuzovu, hazırki Le Man prototiplərində olduğu kimi, karbon-monokokun ətrafında yığılmışdır.
Nanotexnologiyalardan istifadə edilərək hazırlanan alın şüşəsi pilotu geniş görüş bucağı ilə təmin edir. Nano-geldən hazırlanmış oturacaq pilotun bədən quruluşuna asanlıqla uyğunlaşır və pit-stop zamanını oturacağa dəyişiklik edilməsi məcburiyyətini aradan qaldırır.
Soyalın fikrincə 2030-cu ildə çıxış edəcək sportprototiplər tamamilə elektrik güc aqreqatı ilə hərəkətə gələcəkdirlər.
Jaguar SS-107 prototipi də dörd elektrik mühərriki ilə təchiz ediləcəkdir ki, onların da hər biri bir təkərdə yerləşdirilmişdir. Güc aqreqatları turbin sistemi ilə doldurulan batareyalardan qidalanacaqdır. Dizayen bu güc aqreqatının avtomobili 1065 kilometr yürüş məsafəsi ilə təmin edəcəyini söyləmişdir.
Futurustik dizayna malik olmasına baxmayaraq Soyal, Le Man avtomobillərinin gələcəkdə SS-107 konseptinə bənzəyəcəyindən əmindir.