Volkswagen konserninə daxil olan Cupra brendi Münxendə keçirilən IAA Mobility avtosalonuna təkcə Raval elektrik hetçbekinin seriyaöncəsi versiyasını gətirməyib. İspan istehsalçısı Atlantik okeanında yerləşən və İspaniyaya məxsus olan Fuerteventura adasındakı vulkan mənşəli dağın şərəfinə adlandırılan parlaq Cupra Tindaya konseptini də nümayiş etdirib. Bu "vulkanik" konsept bir neçə məqsəd daşıyır.

Birincisi, konsept vasitəsilə dizaynerlər Cupra brendinin korporativ üslubunun təkamülünü nümayiş etdiriblər: gələcək modellər, o cümlədən istehsala hazır olan Cupra Raval hetçbeki də belə üslubda görünüşü ilə seçiləcək.

Bununla belə, 4,72 metr uzunluğu olan Cupra Tindaya krossoveri bu markanın hazırda buraxılan bütün modellərindən daha böyükdür - yəni, konsept brendin gələcək flaqmanı haqqında da təsəvvür yaradır. Konsept 23 düymlük təkər disklərinə və matrisa işıqlandırmasına malikdir.

İkincisi, Tindaya ardıcıl hibrid sistemə malikdir. Hazırda Volkswagen konserni belə modellər istehsal etmir, lakin gələcəkdə oxşar güc qurğusu Çindəki çeşiddə və Şimali Amerikada satılacaq Scout ofrouderlərində peyda ola bilər. Avropa bazarından hələ ki, söz getmir, lakin Cupra brendinin konsepti bu istiqamətdə işlərin getdiyini göstərib.

Tindaya elektrik tam ötürməsinə (ümumi gücü 496 at qüvvəsi olan iki mühərrik) malikdir, batareyanın doldurulması üçün isə, 1,5-litrlik dprdsilindrli benzin mühərriki quraşdırılıb. Dartma batareyasının tutumu 300 kilometrlik yürüş üçün kifayət etməlidir, "gediş artırıcısını" nəzərə alsaq, təxmini məsafə 1000 kilometr olmalıdır. 

İlk "yüzləyə" sürətlənmə vaxtı da göstərilib: 4,1 saniyə. Bununla belə, ardıcıl hibrid sxeminin tətbiqi üçün Volkswagen konserninə yeni platforma lazımdır: görünür ki, bu çoxdan vəd edilən SSP arxitekturası olacaq.

Digər elan edilmiş yeniliklər arasında sükanının "tellə" idarə edilməsi və sensorlu ekranlardan süni intellektli səslə idarəetmənin xeyrinə imtina edilməsi (bütün məlumatlar sürücünün ekranında göstərilir) var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ən maraqlısı odur ki, avtopilot haqqında bir kəlmə belə danışılmayıb: şirkət hələ də sürücülər üçün avtomobillərə üstünlük verir. İspan brendi hətta yeni bir şüar irəli sürüb: “No Drivers, No Cupra”. Cupra Tindaya konseptinə əsaslanan seriya krossoverinin nə zaman işıq üzü görəcəyi hələlik açıqlanmayıb. Görünür ki, onu üçün uzun müddət  gözləməli olacağıq - ən azı 2030-cu ilə qədər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.