Münxendə keçirilən IAA Mobility avtosalonunda təqdim olunan Hyundai Concept Three ilk baxışdan göründüyü kimi, asimmetrik Hyundai Veloster hetçbekini əvəzedicisi deyil. Koreya şirkəti bu konsept vasitəsilə ictimaiyyəti yığcam və ucuz elektrokarın - Hyundai Ioniq 3 modelinin debütünə hazırlayır.

Gələcək seriya modelinin bu konseptə 80% bənzəyəcəyi, əsas fərqin isə, daha hündür oturuşun olacağı bildirlir. Lakin işıqlandırmanın firma pikselləri olan bucaqlı Art of Steel üslubunda dizayn minimal düzəlişlərə məruz qalmalıdır. Buna görə də, bu görünüşə qapı tutacaqları və güzgülər kimi tanış elementləri əlavə etdikdə gələcək Ioniq 3 modelini görmək olar. Konseptin uzunluğu 4287, eni - 1940, hündürlüyü isə, 1428 millimetrdir. Təkər bazası bu sinif üçün təsiredici 2722 millimetr təşkil edir.

İki sıralı interyer hələlik də sırf konseptualdır - adi ekranlar əvəzinə kvadrat LCD bloklar, sükan çarxında parlayan piksellər və düşünülmüş minimalizm. Seriya avtomobili yalnız ümumi tərtibatı qoruyub saxlamalıdır. Hyundai Concept Three şou avtomobilinin texniki hissəsi haqqında məlumat verilməyib. Ioniq 3 seriya hetçbeki Kia EV3 seriya krossoverinin texniki analoqu olacaq – bu isə, əsas ön ötürmə və 600 kilometrə qədər yürüş ehtiyatı deməkdir.
Hyundai Ioniq 3 elektromobili 2026-cı ilin ikinci yarısında işıq üzü görməlidir, onun istehsalı Türkiyədə təşkil ediləcək, əsas bazarı isə, Avropa olacaq. Artıq 2027-ci ildə Avropa çeşidindəki bütün Hyundai modellərinin elektrik analoqları olmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.