Adətən istehsalın dayanmasına komplektləşdiricilərin vaxtında çatdırılmaması səbəb olur. Eyni zamanda, konveyer xəttində baş verən qəzalar da avtomobil istehsalçılarını konveyeri dayandırmağa məcbur edən amillərdən biridir. Bəzi hallarda isə, pisləşən hava şəraiti və kiberhücumlar da istehsalatda fasilələrin baş verməsinə gətirib çıxara bilər.
Bununla belə, keçən ayın sonunda, Toyota şirkətini özünün zavodlarında fasilə düyməsinə basmağa məcbur etmiş qəribə bir problem ortaya çıxıb: 14 zavodun 28 konveyer xəttinin dayanmasına səbəb olan problem 29 avqust tarixində səhər növbəsində peyda olub. Soruşa bilərsiniz ki, qəribə olan nədir?
Bir gün əvvəl, 28 avqust tarixində yapon istehsalçısı profilaktik tədbirləri həyata keçirib, lakin işlər planlaşdırdığı kimi getməyib. Serverlərdə yığılmış məlumatlar silinərək sistemləşdiriliblər, lakin diskdəki yer çatışmamazlığı ucbatından yaranmış səhv sistemin dayanmasına səbəb olub.
Serverlər vahid sistemdə çalışdıqları üçün, ehtiyat surətçıxarması da aparılmayıb, yəni köçürmə avtomatik olaraq həyata keçirilməyib. Toyota şirkətinin Yaponiyadakı çoxsaylı zavodlarındakı istehsal prosesini dayandırmaqdan başqa çarəsi qalmayıb. Əməliyyatlar məlumatların daha böyük tutumu olan serverə köçürülməsindən sonra bərpa edilib.
Avtomobillərin yığılması prosesi isə, istehsalat sifarişləri sistemindəki nasazlıqların aradan qaldırılmasından sonra yenidən bərpa edilib. Toyota günahkarın müəyyən edilməsindən sonra, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün lazımi tədbirlərin həyata keçiriləcəyini bildirib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.