Toyota şirkətinin perspektiv təqiqatlar və işləmələr departamentinin başçısı Ceqo Kuzumaki daxili yanacaq mühərrikinin yaxın zamanlarda ömrünü sizlərə tapşıracağını bildirib. Onun fikrincə, DYM ilə təchiz edilmiş mühərriklərdən hybrid və elektromobillərə keçid 2050 ilə qədər baş tutacaqdır. Bu barədə xəbəri "Autocar" nəşri yayıb.
“2050-ci ilə karbon dioksidinin (CO2) tullantılarınn səviyyəsini 90% azaltmağı planlaşdırırıq, - Kuzumaki qeyd edib. – Buna, 2040-cı ildən başlayaraq yalnız DYM-ləri ilə təchiz edilən avtomobillərin istehsalının dayandırılması hesabına nail olacağıq. Lakin, onlar adi və birləşdirilən hybrid güc qurğularının tərkib hissəsini təşkil edəcəkdir”.
Bununla yanaşı, yapon şirkəti 2020-ci ildə sərt gövdəli batareyalar sahəsində sıçrayış edəcəyini və ilk kommersiya nümunələrini nümayiş etdirəcəyini bildirib. Bundan öncə, GM konserninin keçmiş vitse-prezidenti Bob Luts 15-20 il ərzində ənənəvi avtomobillərin yox olub gedəcəyi barədə öndəngörməsini söyləmişdir. Biz isə, bu barədə fikirləşməyə yəqin ki 2049-cu ildə başlayarıq.