Shelby American şirkəti 1300 at qüvvəsinə malik olan GT500 Code Red adlı fastbəki təqdim edib. Ekstremal kupe adi Mustang Shelby GT500 modelinə əsaslanır, lakin onun mühərrikinin ötürməli kompressoru iki turbokompressorla əvəz edilib. Sshelby mühəndislərin ilham mənbəri 2008-ci ilin eyniadlı eksperimental Mustang kupesi olub.

2010-cu ildə Nelson Racing Engines tərəfindən dəstəklənən Shelby American şirkəti tarixindəki ən ekstremal Mustang modellərindən birini, GT500 Code Red kupesini hazırlayıb. Həmin fastbək Turbonetics turbokompressorları, habelə adi və yarış yanacağı ilə işləməyə imkan verən ikili yanacaq sistemi ilə təchiz edilmiş 5,4-litrlik V8 mühərrikə malik idi.

İlk GT500 Code Red modelinin hasilatı təxminən 1000 at qüvvəsi təşkil edirdi, lakin yeni ekstremal kupedə bu rəqəm daha çoxdur - 1300 at qüvvəsi. Ekstremal fastbək 30 nüsxəlik (2020-ci ildən başlayaraq hər model ili üçün 10 ədəd) tirajla buraxılacaq və 209 995 dollara satılacaqdır.

Kupenin qiyməti təkmilləşdirmələrin təsirli siyahısı ilə dəstəklənir. Məsələn, GT500 Code Red modelinin mühərriki tamamilə əllə yığılır, iki Xona 7869S turbokompressoru, yeni yanacaq sistemi və idarəetmə bloku ilə təchiz edilir.

Elektronika yanacaqdakı etanolun tərkibindən asılı olaraq mühərrikin gücünü tənzimləyir, maksimal hasilat isə yalnız E85 qarışığında əldə edilir. Bundan əlavə, GT500 Code Red tənzimlənən trəkşn-kontrola, dreq rejiminə və qabaqcıl lonç-kontrola malikdir.

Avtomobil həmçinin Ford Performance stabilizatorları, gücləndirilmiş yarıoxlar və hündürlüyü tənzimlənən yaylara malikdir. Eyni zamanda, MagneRide amortizatorları yenidən tənzimlənib və təkərlərin bucağını  tənzimləmə lövhələri əlavə edilib. Kapot, ön splitter və antiqanad karbondan hazırlanıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İkinci sıranın oturacaqlar salondan çıxarılıb və təhlükəsizlik kəmərlərinin bərkidilməsi üçün təhlükəsizlik yarımkarkası quraşdırılıb. Qeyd etmək gərəkdir ki, Code Red dəstini alan GT500 kupesi zavod zəmanətini və adi yollara buraxılışı itirir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.