Amerikalı yarışçı və konstruktor Kerroll Şelbinin anadan olmasının yüzilliyi şərəfinə Shelby American şirkəti Carroll Shelby Centennial Edition Ford F-150 pikapını buraxıb. Xüsusi pikapın əsasını 406 at qüvvəli 5,0-litrlik V8 mühərriki ilə təchiz edilmiş Lariat versiyası təşkil edir.

Standart təkmilləşdirmələr dəstinə Borla buraxılış sistemi, tənzimlənən Fox amortizatorları, gücləndirilmiş əyləc mexanizmləri, 22 düymlük təkər diskləri, yenidən üzlənmiş salon və bir sıra digər funksiyalar daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mühərrikinin gücü 800 at qüvvəsoinə qədər artıran ötürməli kompressorun quraşdırılması opsiyadır. Cəmi 100 ədəd yubiley pikapı buraxılacaqdır. Yubiley “traklarının” başlanğıc qiyməti 129 500 dollardır. Kompressorlu versiya isə 138 500 dollara başa gələcəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.