Shelby şirkəti 760 at qüvvəsinə malik olan Ford F-150 Super Snake pikapını təqdim etmişdir. Pikap Ford Mustang Super Snake maslkarının motivlərinə əsasən hazırlanmışdır.
Yaradıcılarının «küçə pikapı» adlandırdığı avtomobil həm tam çəkiş, həm də arxadan çəkiş sistemi ilə təchiz edilə bilər. Adi F-150 pikapı ilə müqayisədə bərkgedən Super Snake pikapı 370 at qüvvəsi əlavə gücə sahib olmuşdur. Buna ötürməli kompressorun quraşdırılması və yanacaq sisteminin təkmilləşdirilməsi sayəsində nail olunmuşdur. Pikapın dinamik xarakterisikaları barədə məlumat verilməmişdir.
Zahiri cəhətdən pikap donorundan daha alçaq və splitteri olan ön bamperə, yan «ətəklərə», kapotdakı iri hava girişinə və 22-düymlük xrom təkər disklərinə görə seçilir. Bundan başqa, təkmilləşdirilmiş pikap Borla firmasının iki turbinalı buraxılış sistemiə sahib olmuşdur. Avtomobilin kuzovu iki ağ zolaqla da bəzədilmişdir. Bərkgedən pikapdan cəmi 150 nüsxə buraxılacaqdır. Pikapların qiyməti 96680 dollardan başlayacaqdır.