Avtomobil kolleksiyaçılarının ən arzuladığı avtomobillər təqdim edilmiş yeni modelin ilk nüsxəsidir. Onlar modelin ilk nüsxəsi üçün milyonlar belə ödəməyə hazırdılar. Buna missal olaraq bu günlərdə Barrett-Jackson hərrac evinin satışlarında 2,1 milyon dollara satılan Toyota GR Supra modelinin ilk nüsxəsini göstərmək olar.
Söyləmək gərəkdir ki, Toyota GR Supra modeli Skottsdeyldə (ABŞ, Arizona) satılan yeganə avtomobil olmayıb. Bu hərraclarda daha bir modelin ilk nüsxəsi öz sahibi tapıb. Bu, Ford Mustang Shelby GT500 modelinin 001 saylı VIN nömrəsinə malik olan ilk nüsxəsidir. Avtomobil hərracda 1,1 milyon dollara satılıb. Maslkarın satışlarından əldə edilmiş vəsait 1-ci növ diabet sahəsində tədqiqatlarla maliyyələşdirən JDRF xeyriyyə təşkilatına yönəldilib.
Shelby GT500 modelinin ilk nüsxəsinə Barrett-Jackson hərrac evinin rəbhbəri Kreyq Cəkson sahib olub.Öz meydançasında qalib gələn Cəkson, modeli istənilən rəngdə və Shelby GT500 üçün əlçatan opsiyaları sifariş etmək şansını əldə edib.
“İlk Shelby GT500 modelinin sahibi olmaq şanıs unikal bir imkanıdr, - Ford şirkətinin prezidenti Co Hinriks bildirib. – Ən əsası isə, bu hərrac sayəsində JDRF xeyriyyə təşkilatı üçün gərək olan vəsaitlərin toplanmasıdır”. Edsel B. Ford və əfsanəvi Kerroll Şelbinin nəvəsi Aaron Şelbi hərraclarda iştirak və 700 at qüvvəli Shelby GT500 modelini müşayət ediblər.