Shelby American şirkəti Sixt kirayə şirkəti üçün inşa edilmiş məhdud saylı seriyadan olan Ford Mustang modellərini təqdim edib. Shelby GT-S adlı model milli kirayə şəbəkəsində kompressorlu mühərriki olan ilk kirayə avtomobilidir.
Shelby GT-S modelinin hər bir nüsxəsi Sixt firmasının rənglərinə - qara və narıncı çalarla, - boyanacaq və sifarişçi ilə birlikdə hazırlanmış konsepsiyaya əsasən bəzədiləcəkdir. Fastbəklər 600 at qüvvəsi hasil edən 5,0-litrlik mexaniki üfürməsi olan V8 mühərrikləri və 10-pilləli “avtomat” ilə təchiz ediləcəkdirlər.
Kirayə Mustang-ları xüsusi tənzimləmələri olan asqıya, Brembo əyləc mexanizmlərinə və Shelby firma disklərinə sahib olacaqdırlar. Cəmi 21 ədəd fastbək inşa ediləcəkdir. Onlardan 20-si ABŞ-dakı Sixt ofislərinə, sonuncusu isə Sixt USA bölməsinin baş direktoru Sebastyan Brikelə təqdim ediləcəkdir. Bütün avtomobillər unikal seriya nömrəsinə malik olacaq və Shelby reyestrinə daxil ediləcəkdirlər.