15 noyabr 2017 ci il tarixində Azərbaycan sığortaçılığında inqilab sayıla biləcək bir təqdimat baş tutdu. Artıq bir neçə vaxtdır ki, hər kəsi intizarda saxlayan KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə və mediaya təqdim edildi.
ZAMAN BROKER tərəfindən ərsəyə gətirilən platforma avtomobil sığortası müqavilələrinin onlayn əldə edilməsi üçün yaradılıb. Platformayawww.2222.az domenindən daxil olmaq mümkündür.
‘’Öz ölçünü seç!’’ şüarı ilə fəaliyyətə başlayan KASKO BUTİKdə sığorta məhsulları geyim etiketlərində olduğu kimi S, M, L və XL adlandırılıb. S ölçüsü 222 manat sığorta haqqı müqabilində 2222 manatlıq sığorta təminatı verir. M ölçüsündə isə 3333 manatlıq sığorta təminatı üçün 333 manat sığorta haqqı ödənilir. Sığorta haqları L və XL ölçülərində müvafiq olaraq 444, 555 manat, sığorta məbləğləri isə 4444 və 5555 manat olaraq müştərilərə təklif olunur.
KASKO BUTİK məhsulları demək olar ki, sığortalıları bütün mümkün risklərdən, o cümlədən avtonəqliyyat hadisələrindən, yanğın və partlayışdan, oğurluq və qaçırma hallarından, üçüncü şəxslərin qanunazidd hərəkətlərindən və heyvanların vurduğu zərərlərdən, hər cür təbii fəlakət və təbiət hadisələrindən qoruyur. Yaşı 21 dən yuxarı olan və avtomobili qanuni əsaslarla idarə edən bütün sürücülərə təminat verilir.
Avtomobil sahibləri təmir məntəqəsini öz arzuları ilə seçirlər, hətta rəsmi servis mərkəzlərində də qiymətləndirmə apara bilərlər. Sığorta ödənişi müştərinin bank hesabına pul şəklində ödənilir.
Digər inqilabi yenilik ondan ibarətdir ki, zərərin dərhal yerində müəyyən olunması mümkün olan hallarda və zərər məbləği 1000 manatı keçmədiyi halda DYP dən təsdiqedici sənəd (Forma 4) istəmədən KASKO BUTİK sığorta ödənişlərini 59 dəqiqə ərzində ödəməyi vəd edir.
KASKO BUTİK tamamilə onlayn platformadır, müqavilələr də elektron olaraq tərtib olunur və bütün kommunikasiya müştərinin elektron poçtuna göndərilir.
Digər mühüm yenilik ondan ibarətdir ki, Azərbaycanda ilk dəfə olaraq KASKO BUTİK məhsullarına 1 sığorta şirkəti yox, 6 aparıcı sığorta şirkəti (A-Qroup, Az Sığorta, Ata Sığorta, Atəşgah Sığorta, Günay Sığorta və Qala Sığorta) birgə zəmanət verir.
KASKO BUTİK həm də müxtəlif innovativ addımlar atıb. Belə ki, MERİ adlandırılan və süni intellekt əsasında çalışan ilk sığorta ÇatBotu 24 saat KASKO BUTİK lə bağlı suallarınıza cavab verəcək. Eyni zamanda müştərilərin vaxtına və vəsaitinə qənaət etmək üçün İLK dəfə məsafədən avtomobilə baxış keçirilməsini təmin edən texnologiya hazırlanıb. Artıq siz olduğunuz yerdən xüsusi proqram vasitəsilə avtomobilinizin vəziyyətini KASKO BUTİK-ə göstərə biləcəksiniz.
KASKO BUTİK də sığorta haqları onlayn olaraq Paşa Bank vasitəsilə və ya sizə yaxın olan ExpressPay terminalları vasitəsilə, həm də hissələrə bölünməklə ödənilə bilər. *2222 Sığorta Dəstək Mərkəzi isə 7/24 çalışır və sığorta ilə bağlı istənilən sualınıza cavab verməyə hazırdır.