Müstəqil araşdırmalar və müxtəlif avtomobillərin təhlükəsizliyinin sınaqlarını aparan Amerikanın sığorta təhlükəsizliyi institutu (IIHS) növbəti sınaqlar seriyasını həyata keçirib. Bu dəfə müxtəlif seqmentlərdən olan örta ölçülü avtomobillərin təchiz edildiyi piyadaların müdafiə sistemləri yoxlanılıb. Sınaqlarda lyus və kütləvi seqmentdən olan avtomobillər iştirak edib.
İlk növbədə mütəxəssislər avtomatik təcili əyləcləmə sistemlərinin işini qiymətləndiriblər. Bu sistemlər yolda piyadaları aşkarlayaraq sərbəst şəkildə əyləcləməni həyata keçirməlidirlər. Bir çox avtomobillərdə, əsasən lyuks seqmentdən olan modellərdə, bu sistemlər mütləq avadanlıq siyahısına daxil edilir və belə yardımçıların olması EuroNCAP təşkilatının verdiyi reytinqə ciddi təsir göstərir. Bəs praktikada bu sistemlər necə işləyir?
Insuranse Institure for Highway Safety (IIHS) təşkilatının çoxsaylı sınaqlarına görə, belə sistemlərin arasında ən mükəmməli Subaru EyeSight kompleksi sayılır. Bu sistem qəzanın nəticələrinin ciddiliyini 35% azaltmış olur.
Beləliklə, sınaqlarda 16 avtomobil iştirak edib. Onlardan ən yüksək qiymətə 4 lyuks və 2 kütləvi model layiq görülüb. Ən yüksək qiyməti 6 avtomobil alıb. Minimal xalları 4 avtomobil yığıb. Piyadanın vurulmasının qarşısını ən yaxşı alan modellər Audi A4, BMW 3 Series (baza yardımçısı ilə), Mercedes-Benz C-Class (mütərəqqi yardımçı ilə), Nissan Maxima, Subaru Outback və Volvo S60 olublar.
Ən təhlükəli və etibarsız modellər isə Ford Fusion, Hyundai Sonata və Kia Optima olublar. Bu avtomobillər maneəni görməyir və dayanmırlar. Əla qiymətə BMW 3 Series (mütərrəqi yardımçı ilə), Honda Accord, Lexus ES350, Mazda6, Nissan Altima, Tesla Model 3 və Toyota Camry layiq görülüblər. Yaxşı qiymətini Chevrolet Malibu (iki müxtəlif sistemlə) və Mercedes-Benz C-Class (baza yardımçısı) alıblar.