Kaliforniyada yerləşən Singer Vehicle Design şirkəti məşhur iş adamının sifarişi ilə hazırladığı Porsche 911 modelini təqdim edib. Bərpa edilmiş 1990-cı ilin sportkarı 500 at qüvvəsinə malik olan unikal mühərriklə təchiz olunub.
Güc aqreqatı Williams Group şirkətinin tərkib hissəsi olan Williams Advanced Engineering firmasının və Porche şirkətinin məşhur mühərrikçisi Hans Mezgerin iştirakı ilə yaradılmışdır. Xatırladaq ki, Formula 1 çempionatında çıxış edən Williams F1 komandası həmçinin bu qrupa daxildir.
Yeni güc aqreqatı 4,0-litrlik iş həcmi olan altı silindrli mühərrikdir. Aqreqat 500 at qüvvəsi hasil edir və 9000 dövr/dəqiqəyə kimi sürətləndirilə bilər. Mühərrikini əsasını 1990-cu ilin 3,6-litrlik mühərriki təşkil edib. Yeni mühərrik titandan olan sürgü qoluna, drossel çəpərlərinin alüminium gövdəsinə, karbondan boru ağzına, inersiyon üfürməli forsunkaları olan tam yeni yanacaq sisteminə, həmçinin inokel və titandan hazırlanmış yüngül buraxılış sisteminə sahib olub.
Klassik avtomobil Singer şirkətinin daimi müştərisi və iri enerji şirkətinin rəhbəri olan Skott Blatnerin sifarişi əsasında hazırlanıb. Mühəndislər tərəfindən iki il ərzində hazırlanan avtomobilin konstruksiyasında karbonplastik, maqnezium və titandan istifadə edilib.
Bunun sayəsində avtomobilin çəkisi 990 kiloqram təşkil edib.
Avtomobilin kuzovunun aerodinamik elementləri Williams Advanced Engineering şirkətinin mühəndisləri tərəfindən CFD hesablama hidrodinamikasının köməyi ilə yaradılıbdır. Bu sportkarın klassik formalarını qoruyub-saxlamaqla yanaşı, onun aerodinamik xüsusiyyətlərini yaxşılaşdırmağa imkan verib.
Unikal mühərriklə bərabər, avtomobil EXE-TC firması tərəfindən yaradılan xüsusi amortizatorlar və Hewland şirkətinin yüngülləşdirilmiş altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Bundan başqa, sportkar üçün tənzimlənən asqı, karbonda Brembo əyləc mexanizmləri və 18-düymlük maqnezium qatışığından olan BBS təkər diskləri hazırlanmışdır. Təkər diskləri Michelin Pilot Sport Cup 2 şinləri ilə təchiz edilib.
İlkin olaraq, avtomobilin Blatner üçün yeganə nüsxədə buraxılması nəzərdə tutulsa da, sonradan Singer 75 ədəd belə sportkar hazırlamaq qərarına gəlib. Ən maraqlısı da odur ki, avtomobiilər Williams komandasının Böyük Britaniyadakı bazasında istehsal edəcəkdirlər.
Sportkarın qiyməti hələlik açıqlanmayıb. Adətən Singer şirkətinin layihələrinin qiyməti 500 min dollara yaxınlaşır.