Sinqapurda yerləşən Vanda Electrics şirkəti Dendrobium adlı hiperkarın tizerlərini dərc etmişdir. Williams F1 komandasının da daxil olduğu Williams Group qrupunun tərkib hissəsi olan Williams Advanced Engineering firması ilə birlikdə hazırlanan avtomobil “formula” texnologiyalarını əldə edəcəkdir.
İstehsalçı avtomobili Sinqapurun tarixində olan ilk hiperkar adlandırır. Yeni avtomobil haqqında məlumat gizli saxlanılsa, Vanda Dendrobium hiperkarının konsept olaraq martda keçiriləcək Cenevrə avtosalonunda nümayiş etdiriləcəyi bildirilmişdir. Avtomobil Şotlandiyadan olan Bridge of Weir Leather şirkətinin məhsulu olan dəri və karbonla tərtib edilmiş iki nəfərlik salona malik olacaqdır. Hiperkarın kompozit materiallardan istifadə edilərək hazırlanan konstruksiyasına, aerodinamikasına və elektrik güc aqreqatına görə Williams Advanced Engineering firması cavabdehlik daşıyır.
Əvvəllər Vanda Electrics hiperkarın renderlərini dərc etsə də, sonuncu tizer konseptin tamamilə başqa görünüşə malik olacağından xəbər verir. İki variantı bənzər edən yalnız mürəkkəb aerodinamik elementlərin olmasıdır. Ehtimallara görə, hiperkar 1500 at qüvvəsi gücü olan elektrik mühərriki və 100 kilovat-saatlıq batareyalar dəsti ilə təchiz ediləcəkdir. Avtomobilin 60 mil/saat (96 km/saat) həddini 2,6 saniyəyə toplayacağı ehtimal edilir. Onun maksimal sürətinin 400 km/saat, yürüş ehtiyatının isə 400 kilometr olacağı bildirilmişdir.