Renault Sport bölümünün icraçı direktoru Siril Abitebul, son zamanlar Toro Rosso bolidlərindəki Renault mühərriklərinin çoxsaylı sıradan çıxması hallarının təsadüfi olmadığını bildirib.
«Vəziyyətdən çox narazıyıq və bütün baş verənləri ciddi qəbul edirik, - Autosport nəşri Abitebuldan sitat gətirib. - Son mərhələlərdə Toro Rosso bolidlərində digər Renault mühərrikləri quraşdırılmış avtomobillərindən daha çox problemlər aşkar olunub. Bunların Toro Rosso komandasının mühərrik ilə işləməsilə bağlı olduğundan şübhə edirik. Bizim idmanda təsadüflərə yer yoxdur və problemlərin buradan qaynaqlandığını söyləyə bilərik».
Bununla belə, Toro Rosso komandasının başçısı Frans Tost Abitebulun gətirdiyi dəlillərlə razılaşmır.
Frans Tost
«Əlbəttə, belə vəziyyət narahatçılıq yaratmalıdır. Mühərrikin quraşdırılması qaydaları mövsümün əvvəlindən dəyişilməz qalır. Toro Rosso şassisinin heç bir detalı MGU-H ilə birləşmir. Biz bu vəziyyətdə biz heç nə edə bilmərik». İş ondadır ki, Toro Rosso komandası bu mövsüm üçün hazırlanmış bütün güc qurğularından artıq istifadə edib. Yeni elementlərin çatışmaması ucbatından komanda köhnələrindən istifadə etmək məcburiyyətindədir.
Red Bull şirkətinin avtoidman proqramının rəhbəri Helmut Marko da bu vəziyyətdən narazılığını bildirib: «Toro Rosso işlənmiş avtomobillər üçün ehtiyat hissələri mağazasını xatırladır». Məsələnin nə yerdə olduğunu anlamaq üçün mühəndislər kubokundakı vəziyyətə baxmaq kifayət edir. 53 xalla altıncı yerdə qərarlaşan Toro Rosso komandasını 48 xalla Renault təqib edir. Güman edirəm ki, əlavə şərhə ehtiyac yoxdur.