Skoda Motorsport avtoidman bölməsi 120-illik yubileyini qeyd etməyə hazırlaşır. Bu əlamət hadisə münasibətilə çex istehsalçısı 1960-cı illərin əvvəllərində yarışlarda iştirak etmiş 1100 OHC Coupe modelini bərpa edib. Bunun üçün şirkət 50 il bundan öncə satılmış və qəzaya düşmüş iki avtomobili satın almalı olub.

Prototiplər mərkəzinin ekspertləri unikal sportkarı həyata qaytarmaq üçün orijinal çertyojlardan istifadə ediblər – doğrudur, əldə olan ehtiyat hissələri yalnız bir avtomobil üçün kifayət edib.

Skoda 1100 OHC Coupe modellərini 1959-cu ildə inşa ediblər. Hər iki nüsxə nazik divarlı borulardan hazırlanmış məkanvari ramanı, yüngül alüminium kuzovu, habelə öndə köndələn, arxa da isə uzununa qolları olan asqını alıb.

Kupelər Skoda 440 Spartak modelindən götürülmüş 1,1-litrlik dördsilindrli mühərrik ilə hərəkətə gəlirdilər. Sportkarlar üçün bu mühərrikin gücünü 40 at qüvvəsindən 92 at qüvvəsinə qədər artırıblar. 555 kiloqram çəkisi olan kupe 200 km/saata qədər sürətlənirdi.

1100 OHC Coupe kupeləri yarışlarda 1960-1962-ci illər arasında, cəmi iki il iştirak ediblər, sonra isə texniki reqlamentdə baş vermiş dəyişikliklər ucbatından istefaya göndəriliblər. Dörd ildən sonra avtomobilləri özəl şəxslərə satıblar. Nəticədə, hər iki avtomobil qəzalarda tamamilə məhv ediliblər – onlardan birinin kuzovu yanğında zədə alıb.

Skoda sportkarları hissə-hissə satın alıb və 2015-ci ildə əldə olan detallar sonradan muzeydə yerləşdirilmiş şassinin bərpası üçün kifayət edib. Lakin sonradan şirkət 1100 OHC Coupe modelini yenidən bərpa etmək qərarına gəlib. Mütəxəssislər orijinal çertyojlardan istifadə edərək kupenin üçölçülü modelini yaradıblar, sonra isə müxtəlif miqyaslarda bir neçə real prototipi inşa ediblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bir sıra komponentləri sıfırdan yaratmaq gərək olub. Onların arasında 0,8-1,0 millimetr qalınlığında alüminium vərəqlərindən hazırlanmış kuzov da var: 1959-cu ildə onlara əl ilə forma verib qaynaq edirdilər. Bir sıra detalları isə o zamankı 1200, Popular, Spartak və Octavia modellərindən götürüblər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.