Artıq on ildir ki, Skoda şirkətinin Mlada Boleslavdakı akademiyasının tələbələri seriya avtomobillərinə əsaslanan konseptləri inşa edirlər. Yeganə fasilə, 2021-ci ildə, koronavirus pandemiyası səbəbindən baş verib. Bu layihələr əsl avtomobil yaratmaq vərdişlərini inkişaf etdirməyə kömək edir və Skoda üçün bu, həm də dünyaya qeyri-adi konseptləri göstərmək üçün əla fürsətdir. İndi doqquzuncu tələbə layihəsi - Skoda Roadiaq, - hazırdır.
Akademiya ikinci dəfədir ki, elektromobili əsas götürürlər (ilk belə layihə 2017-ci ilin Skoda Element baggisi olub). Bu dəfə donor qismində iki mühərriki (265 at qüvvəsi), tam ötürməsi və 82 kilovat/saatlıq dartma batareyası olan Skoda Enyaq 80x Sportline seriya krossoveri çıxış edib. Roadiaq adı ingilis Road (“yol”) sözündən götürülüb, çünki konsept avtomobili yolda yaşamaq və işləmək üçün nəzərdə tutulub. Adın sonundakı “q” hərfi isə, Skoda markasının bütün müasir krossoverlərinin adlarının xüsusi cəhətidir.
Tələbələr elektrik texnikasını toxunulmaz saxlayıblar, lakin kuzov və salonu geniş miqyasda yenidən işləyiblər. Damın üstünə metal bir çərçivəyə bərkidilmiş plastik üstqurum quraşdırılıb, standart kuzovun yan divarları toxunulmaz qalıblaar - yalnız dam və beşinci qapı “kəsilib”. Yeni arxa qapı da yuxarı açılır, lakin giriş daha böyük olub, çünki avtomobilin ümumi hündürlüyü 2050 millimetr təşkil edir. Elektrokarın uzunluğu (4649 millimtr) və eni (1879 millimetr) standart olaraq qalıb.
Sol arxa qapı bağlıdır, hətta xarici tutacaq da ləğv edilib. Damda günəş panelləri, sol tərəfdə isə düşərgə məişət şəbəkəsinə qoşulmaq üçün birləşdirici quraşdırılıb. Dəstə həmçinin parkinq zamanı avtomobilə “bağlana bilən” qatlanan çadır də daxildir. Kuzov üzərində aparılan işlərə ixtisaslaşmış Cargodesign və KPS Automobile firmaları da cəlb ediliblər.
Salonun arxa hissəsi tamamilə dəyişdirilib və burada tərəfdaş qismində Avtointerier Šindelář və Dual Borgstena firmaları iştirak ediblər. Planlaşdırıldığı kimi, Roadiaq avtomobil düşərgəsini və mobil ofisi birləşdirir. İşləmək üçün burada 27 düymlük ekran, iş masası quraşdırılıb, üstəlik internetə çıxış da var. İstirahət üçün - qatlanan ikiqat çarpayı və yığcam mətbəx bölməsi: tas, qəhvə maşını, qablar və bıçaqlar üçün çəkməcələr var.
Skoda Roadiaq şou avtomobilini hazırlamaq üçün 29 tələbədən ibarət komanda doqquz ay vaxt və təxminən iki min iş saatı sərf edib. Avtomobil tam islek vəziyyətdədir - ondan tam şəkildə istifadə etmək olar. Lakin, bütün əvvəlki tələbə şou avtomobilləri kimi, Roadiaq da yeganə nüsxədə mövcud olacaqdır.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.