Şkoda şirkəti restaylinq keçmiş Citigo yığcam avtomobilini təqdim etmişdir. Ən maraqlısı odur ki, Şkoda Citigo artıq keçin ilin yayında bir dəfə yenilənmişdir. O zaman əsas yeniliklər avtomobilin interyerində olmuşdur.
İkinci yenilənmə isə yalnız avtomobilin eksteryerini əhatə etmişdir. Yenilənmədən sonra hetçbekin uzunluğu 34 millimetr artaraq 3597 millimetrə bərabər olmuşdur. Yığcam hetçbek yeni bamperlərə, öndəki hava girişlərinin və duman əleyhinə fənərlərin dəyişdirilmiş formalarına, yeni radiator barmaqlığı və kapota, həmçinin yeni dizayna malik olan 15-düymlük təkər disklərinə sahib olmuşdur. Avtomobilin salonunda cihazlar panelinin forması dəyişdirilmişdir ki, artıq onu iki tərtibat variantında sifariş etmək mümkündür.
Bundan başqa, bahalı variantların salonu ikirəngli tərtibata da malik olacaqdırlar. Eyni zamanda, avtomobilin təchizatına USB-portu və SD-kart slotu olan yeni audisistemlər də daxil edilmişdir. Şkoda Citigo modelinin mühərrik çeşidinə iş həcmi bir litr olan üç ədəd üç silindrli mühərrik daxildir. Onlardan ikisi benzinlə, biri isə qazla çalışır. Benzin mühərriklər 60 və 75 at qüvvəsinə, qazla çalışan variant isə 68 at qüvvəsinə malikdirlər. Vətənində Şkoda Citigo 6,5 min avroya (12 min manata) satılır.