Çex istehsalçısı Superb modelinin hər iki versiyasının - həm liftbək, həm də universalın – eksteryer dizaynını nümayiş etdirib, lakin bunu dizayn eskizləri vasitəsilə həyata keçirib. Bununla belə, flaqman artıq nazik kamuflyaj örtüyündə nümayiş olunub və onun tamölçülü təqdimatı noyabrın 2-də Mərkəzi Avropa vaxtı ilə saat 19:00-da baş tutmalıdır. Çox güman ki, təqdimata qədər daha bir tizer də yayımlana bilər. Buna Kodiaq modelinin tizer kampaniyası dəlalət edir – krossoverin dizayner eskizləri təqdimatdan öncə yayımlanmış axırıncıdan əvvəlki tizerlər idi.
“Dördüncü” Superb firma “büllur” üslubun köhnə elementlərini özündə cəmləşdirən yeni Skoda Modern Solid dizayn üslubuna uyğun olaraq hazırlanıb. İki həftə əvvəl ilk dəfə nəslini dəyişdirmiş yeni Kodiaq krossoverinin dizaynı da eyni dinamik üslubda hazırlanıb.
Superb modelinin eksteryerinin əsas xüsusiyyətləri modernləşdirilmiş ön matrisa fənərləri və C-şəkilli elementlərini qorumuş arxa LED fənərlərdir. Liftbəkin uzunluğu 43 millimetr artaraq 4912 millimetrə, universalın isə, 40 millimetr artaraq 4902 millimetrə çatacaq. 3
Hündürlük də artmalıdır, lakin o qədər də çox deyil – müvafiq olaraq, 12 və 5 millimetr. Modelin eni isə əksinə, 15 millimetr azalacaq. Oxlar arasındakı məsafə dəyişməz qalır - 2841 millimetr.
Ölçülərin artması sayəsində salon daha geniş olacaq, baqajda daha çox yük yerləşəcək. Liftbəckin baqaj bölməsinin minimum həcmi 20 litr artaraq 645 litrə, universalın isə 30 litr artaraq 690 litrə çatacaq. Skoda şirkətinin artıq nümayiş etdirdiyi salonda 12,9-düymlük "süzən" displey, ekranlı şaybalar və sükana qoluna köçürülmüş transmissiyanın selektoru var.
Mühərrik çeşidinə benzin və dizel mühərrikləri, həmçinin plug-in hibrid aqreqatları daxil olacaq. Ötürmə - ön oxa və ya bütün təkərlərə olacaq. Model alternativsiz olaraq DSG “robotu” ilə təchiz ediləcək - elektrikləşdirilmiş Superb modeli istisna olmaqla bütün modellərdə 7-pilləli variant quraşdırılacaq. Hibrid üçün 6-pilləli qutu nəzərdə tutulub.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.