Skoda şirkəti özünün yeni yığcam elektrik krossoverini - Skoda Elroq modelini tam şəkildə məxfilikdən çıxarıb və artıq sabahdan başlayaraq Avropadakı dilerlər bu avtomobilə sifarişləri qəbul edəcəklər. Elroq krossoverinin Skoda markasının ən populyar elektromobilinə çevriləcəyi gözlənilir.
Qarşımızda yeni Modern Solid korporativ dizayn üslubuna (onu iki il yarım əvvəl elan ediblər), ikimərtəbəli işıqlandırma avadanlığı və ön tərəfin eni boyu uzanan tək zolaq (First Edition salamlama versiyasında bu zolaq işıqlandırılıb) ilə xarakterizə edilən Tech Deck Face “üzünə” malik olan ilk Skoda modelidir.
Təəssüf ki, Skoda firma loqotipi hər yerdən yoxa çıxıb: Elroq modelinin kapotunda, arxa tərəfində və sükanında yalnız markanın adı olan böyük yazı var. Bununla belə, kuzovun orijinal plastikası qorunub saxlanılıb.
Skoda Elroq
Elroq modeli, hələlik çeşiddə qalan tanış Skoda Karoq krossoverinin batareyalı sinif yoldaşıdır. Ümumi ölçülərə görə, Elroq yanacaqlı modeldən bir qədər üstündür: onun uzunluğu- 4488-ə qarşı 4390 millimetr, eni - 1884-ə qarşı 1841 millimetr, hündürlüyü isə, 1603-ə qarşı 1625 millimetrdir.
Lakin elektromobilin ən nəzərəçarpan üstünlüyü təkər bazasındadır: Karoq modelindəki 2638-in əvəzinə 2765 millimetr və bu, salonda genişlik vəd edir. Pasport üzrə klirens 186 millimetrdir.
Skoda Elroq Sportline
Tərtibatçılar yaxşı aerodinamika vəd edirlər: Cd əmsalı versiyadan asılı olaraq 0,26-dan 0,28-ə qədər dəyişə bilər. Buna optimallaşdırılmış naxışı olan təkər diskləri (diametri 19 ilə 21 düym arasında) xidmət edirlər.
Bol qara dekoru, beşinci qapıdakı böyüdülmüş spoyleri, matrisa faralarını, animasiyalı dönmə siqnallarını, daha sərt idman asqısını (öndə 15, arxada isə 10 millimetr azaldılmış klirens), habelə sükan reykalarının tədricən artan “yivləri” olan sükan mexanizmini ehtiva edən Sportline paketi də mövcuddur.
Skoda Elroq Sportline
Skoda Elroq elektromobili öndə McPherson dayaqları, arxada isə çoxqollu asqısı olan Volkswagen MEB modul platformasına əsaslanır. Bu "arabacığın" xarakterik xüsusiyyəti - arxa təkərlərdəki baraban tipli əyləcləri də qorunub saxlanılıb.
Çeşidə dörd modifikasiya daxildir, onlardan üçü arxa ötürməlidir. Çəkisi 1874 kiloqram olan Skoda Elroq 50 baza modeli 170 at qüvvəsi və 310 Nm hasil edən elektrik mühərrikinə, 55 kilovat/saatlıq litium-ion dartma batareyasına malikdir. Yürüş məsafəsi: WLTP dövrü üzrə 375 kilometrdir.
Skoda Elroq First Edition
Növbəti Elroq 60 versiyası 204 at qüvvəsi və 310 Nm hasil edən elektrik mühərriki və 400 kilomertdən çox yürüş məsafəsini təmin edən 63 kilovat/saatlıq batareya ilə təchiz olunur. Hər iki variantın maksimal sürəti 160 km/saat, ilk “yüzlüyə” sürətlənmə müddəti isə, müvafiq olaraq 9,0 və 8,5 saniyədir.
Arxa ötürməli Skoda Elroq 85 versiyası 286 at qüvvəsi və 545 Nm hasil edən bir mühərrikə, tam ötürməli Elroq 85x versiyası isə, ümumilikdə 299 at qüvvəsi (fırlanma anı hələlik dərc olunmayıb) hasil edən ikimühərrikli güc qurğusuna malikdir.
Skoda Elroq First Edition
Belə krossoverlər 82 kilovat/saatlıq batareya ilə təchiz olunurlar və enerji yükləmədən tam dolu batareya ilə 180 km/saata sürətlənə və 560 kilometrdən çox məsafə qət edə bilirlər. Arxa ötürməli versiya 100 km/saat həddini 6,6 saniyəyə toplayır.
Avtomobilləri həm DC stansiyalarından (11 kilovat), həm də sürətli SC terminallarından doldurmaq ola: iki kiçik versiya, müvafiq olaraq 145 və 165 kilovata, böyük versiyalar isə, 175 kilovata qədər gücü qəbul edə bilərlər.
Skoda Elroq krossoverinin interyeri dəbli həllər və ənənəvilik həddində ləngər vurur. Bir tərəfdən burada cihazlar panelinin yığcam ekranı, media sisteminin 13 düymlük displeyi, transmissiyanın miniatür coystiqi və ikimərtəbəli mərkəzi tunel var.
Digər tərəfdən isə, ön paneldə və sükan çarxında kifayət qədər analoq düymələri və açarları var. Artıq "bazada" telematik sistem (bəzi funksiyaların smartfondan idarə olunması), iqlimə nəzarət, arxa görüntü kamerası və bir sıra elektron köməkçilər var. Üst versiyada doqquz təhlükəsizlik yastığı quraşdırılıb.
Əlbəttə ki, böyük bir baqaj bölməsi olmayan Skoda modelini təsvir etmək mümkün deyil. Elroq 470 litrlik baqaj bölməsinə malikdir, arxa cərgə qatlandıqda isə, bu həcm 1580 litrə qədər artır. Əlbəttə ki, rəflər, bölmələr, qarmaqlar, ikisəviyyəli döşəmə və Simply Clever seriyasının digər elementləri də var. Sırf elektromobil xüsusiyyəti - şarj kabelini saxlamaq üçün baqaj rəfinin altına bərkidilmiş davamlı tordan cibdir.
Skoda Elroq krossoveri Çexiyada istehsal olunacaq. Qiymətlər də açılqanıb: baza versiyası 33 900 avroya, daxili bazarda isə, ondan da aşağı olacaq: 799 min kron, bu da 31 600 avroya bərabərdir.
Almaniyada bu, Skoda Karoq benzin krossoverinin qiyməti ilə müqayisə oluna bilər – yanacaqlı modelin qiyməti 33 140 avrodan başlayır, baxmayaraq ki, Çexiya bazarında Karoq modelinin baza versiyasının qiyməti 660 min krondur. İlkin olaraq satışa arxa ötürməli Elroq 50 və Elroq 85 versiyaları çıxarılacaqlar – satışlara 2025-ci ilin əvvəlində başlanmalıdır. Bir neçə aydan sonra isə, daha iki versiya satış debütü edəcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.