Skoda şirkəti yeni nəsil Octavia modelinin çeşidini G-Tec indeksli qənaətcil qaz versiyası ilə genişləndirib. Octavia G-Tec liftbek və universalları 17,33 kiloqram metan doldurulan üç balon və doqquz litrlik yanacaq çəni ilə təchiz edilir. Qazdan istifadə etdikdə ortalama yanacaq sərfiyyatı 100 kilometrə 3,5 kiloqram, benzindən istifadə zamanı isə 4,6 litr təşkil edir.
İkiyanacaqlı Skoda Octavia modelləri 130 at qüvvəli ilə uyğunlaşdırılmış 1,5-litrlik dördsilindrli ilə təchiz edilirlər. Güc aqreqatı qənaətcil Miller dövründə də işləyə bilər. Tam dolu balon və yanacaq çəni ilə avtomobil 690 kilometr qət edə bilər. Skoda Octavia G-Tec modeli bu məsafənin 500 kilometrə qədərini metanla, qalan 190 kilometri isə benzinlə qət edir. Qazdan benzinə keçid sistemdəki təzyiq azaldıqda və ya mühərrik mənfi 10 dərəcədən aşağı temperaturda işə salındıqda avtomatik şəkildə baş verir.
Qaz avadanlıqları ilə təchiz edilmiş Skoda Octavia G-Tec liftbek və universallarının ənənəvi daxili yanma mühərrikləri ilə təchiz edilmiş versiyalardan fərqli həcmi 145 litr azalmış yük bölmüdür. Octavia G-Tec liftbekinin baqaj həcmi 455 litr, Octavia G-Tec universalının isə 495 litr təşkil edir. Bununla belə, ikiyanacaqlı Skoda Octavia modeli, karbon qazı tullantıları baxımından, benzin modfikasiyasından ekoloji cəhətdən 25% daha təmizdir.
Skoda Octavia G-Tec modellərinin Avropadakı satışlarına sentyabr ayında başlanacaqdır. İkiyanacaqlı liftbek və universalların qiymətləri hələlik elan edilməyib.