Skoda Enyaq elektrik krossoverlərinin kiçik modernləşdirilməsi hələ yazda həyata keçirilib. O zaman modifikasiya çeşidinə ən zəngin Laurin & Klement versiyası əlavə edilmişdi. İndi isə, onun bütün texniki təkmilləşdirmələri daha sadə versiyalara da qismət olub və əlavə olaraq, “bərkgedən” Skoda Enyaq RS versiyası da modernləşdirilib.

180 at qüvvəli elektrik mühərriki və 58 kilovatt/saatlıq batareyası olan arxa ötürməli baza versiyasının texniki hissəni əvvəlki kimi qalıb və Enyaq 60 adını saxlayıb. Lakin Enyaq 80 və Enyaq 80x versiyalarını 85 və 85x indeksli variantlarl əvəzləyiblər.

Əsas dəyişiklik arxa oxda quraşdırılmış APP550 indeksli yeni elektrik mühərrikidir: o, 286 at qüvvəsinə malikdir. Xatırladaq ki, əvvəlki mühərrik 204 at qüvvəsi hasil edirdi. Tam ötürməli Enyaq 85x əlavə olaraq köməkçi ön mühərrikə malikdir, lakin onun pik sistem gücü arxa ötürməli versiya ilə eynidir (286 at qüvvəsi).

Dartma batareyasının tutumu gözləntilərin əksinə olaraq dəyişməyib: eyni 82 kilovat/saat. Lakin batareyanın kimyəvi tərkibinin dəyişdirilməsi və yenilənmiş proqram təminatı nominal yürüş məsafəsini bir qədər artırmağa imkan verib: arxa ötürməli avtomobillər üçün 565-576 kilometrə qədər (kuzov növündən asılı olaraq), tamötürməli avtomobillər üçün 538-548 kilometrə qədər.

Bununla belə, modelin dinamikası əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb! Enyaq 85 modelinin 100 km/saata sürətlənmə müddəti iki saniyə - 6,7 saniyəyə qədər endirilib. Tamötürməli Enyaq 85x krossoverinin müvafiq göstəricisi isə, 0,3 saniyə yaxşılaşaraq 6,6 saniyə olub.

Sürücü avtomobili sayılan Enyaq RS həmçinin yeni arxa mühərriki alıb. Beləliklə, iki mühərrikin ümumi gücü 299-dan 340 at qüvvəsinə qədər artıb, 100 km/saata sürətlənmə müddəti isə, bir saniyə azalıb və indi 5,5 saniyə təşkil edir.

Əvvəllər yalnız RS modifikasiyası belə bir tavana malik olsa da (digərlərində 160 km/saat), artıq ən kiçik versiyadan başqa bütün versiyaların maksimal sürəti 180 km/saat təşkil edir. 85 indeksli versiyadan başlayaraq bütün krossoverlər multimedia sisteminin yeni proqram təminatını alıblar. Bundan başqa, cibində açar olan sürücü avtomobili tərk etdikdə qapıların kilidinin avtomatik bağlanması funksiyası da peyda olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Skoda Enyaq krossoverlərinin istehsalı yaxın vaxtlarda başlamalıdır, onlar artıq Avropa konfiquratorunda peyda olublar. Belə avtomobillər gələn ilin əvvəlində satışa çıxarılacaqlar. Almaniyada 180 at qüvvəli baza versiyasının qiyməti ən azı 44 200 avrodan, tamötürüməli Enyaq 85x modelinin isə 51 150 avrodan başlayır. “Bərkgedən” RS krossoverinin qiyməti isə ən azı 61 050 avrodur. Kupe versiyası orta hesabla iki min avro bahadır, lakin ilkin, 180 at qüvvəli versiyada təklif edilmir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.