Skoda şirkəti Enyaq elektrik krossoverinin yeni top versiyasını təqdim edib. O, L&K adlanır və modernləşdirilmiş elektrik güc qurğusuna malikdir. Arxa ötürməli Enyaq L&K 85 və tam ötürməli Enyaq L&K 85x versiyaları mövcuddur və onların hər ikisi 286 at qüvvəli güc qurğusuna malikdir.

Elektrokarlar dolu batareya ilə, enerji yükləmədən, müvafiq olaraq 570 və 550 kilometr yol qət edirlər. Texniki xüsusiyyətlərin təkmilləşdirilməsi ilə yanaşı, yeni avtomobillər üçün mediasistemin proqram təminatı yenilənib, iki tərtibat variantı və eksklüziv dekor əlavə edilib.

Skoda Enyaq elektrik krossoverinin top versiyası bir neçə texniki yeniliyi əldə edib. Ən əsas yenilik modernləşdirilmiş elektrik güc qurğusudur. Onun gücü ötürmənin növündən asılı deyil və 210 kilovat (286 at qüvvəsi) təşkil edir. Nəticədə, arxa ötürməli Enyaq L&K 85 modeli 100 km/saata sürətlənməyə 6,7 saniyə sərf edir.

Bu, Enyaq 80 iV (204 at qüvvəsi, 310 Nm) versiyasından demək olar ki, iki saniyə yeyindir. Tamötürməli Enyaq L&K 85x versiyası isə, bu işə 6,6 saniyə sərf edir. Hər iki avtomobilin maksimal sürəti 180 km/saat həddində məhdudlaşdırılıb. Yürüş mənzili WLTP dövrü üzrə müvafiq olaraq 570 və 550 kilometr təşkil edir.

Mənzilin bir qədər artması (Enyaq 80 iV – 548, Enyaq 80x iV isə 524 kilometr qət edir) batareyanın idarəetmə sisteminin optimallaşdırılmasının nəticəsidir. Enyaq L&K versiyasının batareyasının 10 faizdən 80 faizədək doldurulmasına yarım saatdan az vaxt lazımdır.

Üstəlik, batareya model ilinin dəyişdirilməsi ilə elektromobilin digər versiyalarında peyda olacaq öncədən qızdırma funksiyası ilə təchiz edilib. Bu funksiya naviqasiyada terminala qədər marşrut çəkildikdə və ya məcburi şəkildə işə salınır. Digər yenilik isə, multimedia sisteminin yeni qrafikası, iqlimə nəzarətin fərqli məntiqi və təkmilləşdirilmiş xəritələri olan ME4.0 proqram təminatıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Enyaq L&K modeli Kessy açarsız giriş (sahibi avtomobildən çıxanda qapılar avtomatik kilidlənir) və iki interyer tərtibatı variantına malik olacaqdır: bej dəri üzlüklü L&K Shell Design Selection və qara dəri ilə üzlənən L&K Black Design Selection. Elektrokrossoverin ön oturacaqları eksklüziv dizayna malikdirlər, qızdırılma, havalandırma və masaj funksiyaları ilə təchiz olunurlar.

Eksteryerin xarakterik xüsusiyyətləri - matrisa fənərləri, kuzov rəngində yan ətəklər, ön bamperdəki Platinum Grey elementləri, xrom yan pəncərə haşiyəsi və 131 LED olan parlaq Crystal Face barmaqlığı var. Təkər disklərinin diametri - 20 və ya 21 düym ola bilər. Təbii ki, bütün bunlar hər iki kuzov növünə - standart və kupeşəkilli, - aiddir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.