Skoda Monte Carlo ailəsinin tarixi keçən əsrin 30-cu illərindən başlayıb. Popular modelinin xüsusi versiyasının 1936-cı ilin Monte Karlo rallisində əldə etdiyi ikinci yerin şərəfinə hazırlamışdılar. 1977-ci ilə keçək: həmin il əfsanəvi 130 R modeli Monte Karlo rallisində ikiqat qələbə qazanır. Bu rallidə birinciliyi keçən əsrin 90-cı illərində Favorit və Felicia modelləri də əldə etmişdilər.

Lakin çex markasının ralli yarışlarındakı uğurları bununla bitməyib: şirkətin ən titullu yarış avtomobili olan Fabia modeli bir neçə dəfə mükafatlı yerləri tutsa da, 2013-cü ildə öz sinifində Monte Karlo rallisində qələbə çalıb. Növbəti Fabia R5 modeli WRC2 kateqoriyasında 2017 və 2018-ci illərdə birinci olub.

Image alt Image alt Image alt

Beləliklə, gələn həftə, 15 fevral tarixində Fabia modelinin “ralli” ailəsini (bu ailəyə Citigo, Rapid, Yeti,Scala və Kamiq modelləri daxildir) tamamlayacaq xüsusi versiyası debüt edəcəkdir. Zəngin idman tarixinə baxmayaraq, supermini yalnız vizual təkmilləşdirmələr ilə məhdudlaşacaq və əhəmiyyətli texniki dəyişiklikləri almayacaqdır.

Hetbek xüsusi dizayna malik olan 18-düymlük təkər diskləri ilə təchiz ediləcək və qırmızı rəngli kuzova malik olacaqdır. Avtomobilin damı, yan güzgüləri, radiator barmaqlığının haşiyəsi və ön dayaqları qara rəngə boyanacaqdır.

Əvvəlki tizerlərdə 6-pilləli mexaniki transmissiyanın dəstəyi nümayiş olunmuşdu. Bu isə, hetçbekin kapotunun altında 110 at qüvvəli 1,0-litrlik “turboüçlüyin” yerləşəciyinə işarə edir. Fabia Monte Carlo versiyasının satışalrına bu ilin sonunda başlanmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.