Bu dəfə Çexiya istehsalçısı gələcək elektrik krossoverinin interyerinin dizayner eskizi nümayiş etdirib. Media sisteminin böyük ekranı, ikiqollu sükan çarxı, mərkəzi konsol əvəzləyən rəf və kontur işıqlandırması ilə heç kimi təəccübləndirmək mümkün deyil, lakin fiziki düymələrin qaytarılması xoş sürpriz olub.
Ehtimallara görə, bu elektromobil Skoda Elroq adlanacaq. Daha ətraflı məlumat bu cümə günü, martın 15-də Skoda şirkətinin illik mətbuat konfransında açıqlanmalıdır.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.