Skoda şirkəti Hindistan Nyu Dehlidə nümayiş etdirməyi planlaşdırdığı Vision IN konseptini təqdim edib. Konsept çex markasının Hindistan bazarı üçün hazırladığı yeni krossover barədə təsəvvür yaratmalıdır. Konsept Karoq modelinin üslubunda dizayna malik olsa da, daha aqressiv cizgilərə sahibdir.
Çex mütəxəssislərin hazırladığı krossoverin salonunda büllurdan Hazırlanmış element quraşdırılmışdır ki, bu Çexiyanın vizit kartına çevrilmiş bohemiya bülluruna işarədir.
Skoda Vision IN modelinin qabarit uzunluğu 4256 mm, hündürlüyü 1589 mm, təkər bazasının uzunlıuğu isə 2671 mm təşkil edir. Bu isə konseptin Karoq modelindən kiçik olduğundan xəbər verir. Yeni avtomobilin ölçüləri hind bazarının xüsusiyyətlərinə və yerli alıcıların tələblərinə uyğundur.
Krossover «kristallik dekoru» olan radiator barmaqlığı, iri hava girişləri və aşağı hissədə alüminium spoyleri olan ön bamperi, L-şəkilli gündüz hərəkət işıqları olan ikimərtəbəli işıq texnikası ilə seçilir.
Vision IN konseptinin salon tərtibatında klassik materiallardan istifadə edilib. Bunlara misal kimi, əsl dərini və onun yüksək keyfiyyətli əvəzləyicilərini göstərmək olar. Ön panel və qapılardakı işləımələr büllurdan hazırlanıb, dekorda parçaya naxışların vurulması üsulu olan kalyamkariyə də işarə vardır. Ön paneldə quraşdırılmış büllur element Çexiyanı tərənnüm edir.
Əlbəttə ki, avtomobildə firma Simply Clever həll üsulundan da istifadə edilmişdir. Qapı ciblərindəki firma Skoda şüşələri yerləşdirilib, arxa divan isə, mərkəzi konsolu olan iki fərdi oturacağa transformasiya edir. Oturacaqların üzlənməsi iki tərəflidir - bir tərəf dəbdəbəli, digər tərəf isə idman üslubundadır.
Vision IN konsepti büdcə avtomobilləri üçün nəzərdə tutulmuş MQB AO modul platformasında inşa edilib. Prototip 150 at qüvvəsi hasil edən 1,5-litrlik turbomühərrik ilə hərəkətə gəlir. Krossoverin 100 km/saat həddinə sürətlənməsinə 8,7 saniyə gərəkdir. Onun maksimal sürəti 195 km/saat təşkil edir.
Konseptin seriya variantı gələn il debüt etməlidir.