Şkoda şirkəti konseptual kupeşəkilli Vision E krossoverinin ilk təsvirlərini dərc etmişdir. Seriay krossoverinin carçısı olacaq konseptin təqdimat mərasimi Şanxayda keçiriləcək avtosalonda baş tutacaqdır.
Prototipin qabarit uzunluğu 4645 millimetr, eni - 1917 millimetr, hündürlüyü - 1550 millimetr, təkər bazasının ölçüsü isə 2850 millimetrdir. Avtomobilin dizaynerləri konseptin dizaynı üzərində çalışarkən çex büllurundan ilham aldıqlarını bildirmişdirlər.
Konsept Volkswagen konserninə məxsus olan MEB modul platfırmasında hazırlanmışdır.
Bu patforma xüsusi olaraq elektomobillər üçün yaradılmışdır. Konsept sürücünün iştirakı olmandan avtomatik daynacaqda yerləşdirmə funksiyasına malik olan avtonom idarəetmə sistemi ilə təchiz edilmişdir.
Tam ötürməli konsept 306 at qüvvəli elektrik güc qurğusu ilə hərəkətə gəlir.
Litium-ion batareyalar dəstinə malik olan avtomobilin yürüş ehtiyatı 500 kilometrə yaxındır. Onun maksimal sürəti 180 km/saata bərabərdir. Auto Express nəşri, Şkoda şirkətinin rəhbəri Bernd Mayerə istinadən, Vision E konseptinin seriya variantının 2020-ci ildə işıq üzü görəcəyini bildirmişdir.
Bu çex istehsalçısının ilk elektomobili olacaq və yeni elektokarlar ailəsinin əsasını qoyacaqdır. Çex şirkəti 2025-ci ilə elektomobillərin sayını beşə çatdırmaq niyyətindədir. Bununla belə, elektrikləşdirmə 2019-cu ildə işıq üzü görəcək, məişət elektik şəbəkəsindən qidalanan Superb modeli ilə başlanacaqdır.