Skoda şirkəti yenilənmiş Karoq və Kodiaq modellərini təqdim edib. Krossoverlər yeni Side Assist elektron yardımçısını və baqaj qapağının üzərinə vurulan loqotipi əvəzləyən «Skoda» yazısını əldə ediblər.
Loqotipin mətnə dəyişdirilməsi yeni firma üslubuna keçidin tərkib hissəsidir. Bənzər formada tərtibata, çex markasının son modelləri malikdir. Bunlara misal olaraq, Scala və Superb modellərini göstərmək olar. Lakin, dəyişikliklər təkcə yazı ilə məhdudlaşmayıb - hər iki krossoverin avadanlıq siyahısı genişləndirilib. Üstəlik, Skoda Karoq krossoverinin mühərrik çeşidinə yeni güc aqreqatı daxil edilib.
Bundan sonra, hər iki krossoveri kor zonalara nəzarəti həyata keçirən Side Assist sistemi ilə təchiz etmək olar. Yeni sistem əvvəlki Blind Sport Detect sistemini əvəzləyib. Side Assist sisteminin fəaliyyət dairəsi 20 metrdən 70 metrə qədər artırılıb, xəbərdarlıq işıqlandırması isə, sürücü üçün daha nəzərə çarpan olub.
Side Assist sistemi 15 km/saat həddindən yuxarı sürətlərdə aktivdir, lakin əyləcləmə zamanı, sürətin 10 km/saat həddinə çatması ilə, sistem avtomatik olaraq sönür. Arxaya hərəkət zamanı köndələn hərəkət axınına nəızarət funksiyası da bu sistemin tərkib hissəsinə çevrilib.
Bundan başqa, Skoda öndənçəkişli krossoverlərin avadanlıq siyahısına DCC adaptiv amortizatorlarını da daxil edib. Skoda Karoq modeli isə, 190 at qüvvəsi hasil edən 2,0-litrlik dizel mühərriki ilə təchiz edilir. Yeni mühərrik 7-pilləli DSG «robotu» və tam ötürmə ilə tandemdə çalışır.
Nəhayət, Sportline, RS və Laurin&Klement tərtibat səviyyəsinə malik olan 2020-ci model ilinin Skoda Kodiaq krossoverini yeni 20-düymlük təkər diskləri ilə sifariş etmək olar.