Skoda şirkəti Cenevrə avtosalonunda bayraqdar Kodiaq krossoverinin dəbdəbəli Laurin&Klement modifikasiyasını təqdim edəcəkdir. Çex markasının banilərinin şəninə həsr edilmiş modifikasiya xarici və daxili tərtibatı, həmçinin genişləndirilmiş təchizat siyahısı ilə seçilir.
Skoda Kodiaq Laurin&Klement modfikasiyası adi krossoverlərdən xrom radiator barmaqlığı, 19-düymlük təkər diskləri və metal haşiyələri olan arxa bamperlə seçilir. Krossoverin standart təchizatına tam işıqdiodlarından olan işıq texnikası, həmçinin yaddaşı və elektrik tənzimlənməsi olan sürücü oturacağı daxil edilib.
Bundan başqa, Skoda Kodiaq Laurin&Klement salonun fon işıqlandırması, alüminium pedallar, avtomatik tündləşən salon güzgüsü və Canton səs sistemi ilə təchiz edilir. Avtomobilin interyeri dəri ilə üzlənəcək, qara dekorativ işləmələr isə royal lakı ilə örtüləcəkdir. Krossoverin mühərrik çeşidinə 150 at qüvvəli 1,5-litrlik TSI mühərriki və 190 at qüvvəli 2,0-liltrik turbomühərrik daxil edilib.
Əlavə olaraq, Kodiaq Laurin&Klement 150 və 190 at qüvvəli 2,0-litrlik dizel aqreqatı ilə də təklif ediləcəkdir. Mühərriklər yeddi pilləli iki muftalı “robotla” tandemdə çalışacaqdırlar. Modelin tam çəkişli variantlarını adaptiv asqı ilə sifariş etmək mümkündür.