Şkoda şirkəti uzunmüddətli tizer şousundan sonra nəhayət rəsmi olaraq Kodiaq modelini təqdim etmişdir. Yeni krossoverin qabarit uzunluğu 4697 mm, eni - 1992 mm, hündürlüyü isə 1676 mm-dir. Kodiaq modelinin təkər bazasının uzunluğu 2791 mm təşkil edir.

Şkoda Kodiak beş mühərrik ilə təchiz ediləcəkdir. Bunlardan üçü benzin mühərrikidir ki, ilkin mühərrik 125 (200 Nm) və 150 (250 Nm) at qüvvəli 1,4-litrlik turbomühərrikdir. Bundan əlavə, 180 (320 Nm) at qüvvəli 2,0-litrlik turbomühərrik də mövcuddur.

Dizel mühərrikləri 150 (340 Nm) və 190 (400 Nm) at qüvvəli mühərriklərlə təmsil edilmişdir. Transmissiyalar mühərrikdən asılı olaraq 6-pilləli "mexanika", 6 və 7 pilləli DSG "robotundan" ibarət olacaqdır. Avtomobil həmçinin tam çəkiş sistemi ilə də təchiz ediləcəkdir. 190 at qüvvəli dizel mühərriki və yeddi pilləli “robotla” təchiz edilmiş krossover 100 km/saat sürətini 8,6 saniyəyə toplayır.

Avtomobilin maksimal sürəti 210 km/saata bərabərdir. Kodiaq modelinin baqaj bölümünün həcmi 720 litr olacaqdır. Arxa oturacaqların qatlanması halında bu rəqəm 2065 litrə qədər arta bilər. Kodiaq eyni zamanda 7-yerlik salonla da təklif ediləcəkdir.

Avtomobilin təchizatına 6,5-düymlük sensorlu ekranı olan, Bluetooth sistemi vasitəsi ilə faylları ötürə bilən, Android Auto, MirrorLink  və Apple CarPlay funksiyalarını dəstəkləyən multimedia sistemi, Columbus və Amudsen məlumat-əyləncə sistemləri DCC adaptiv amortizatorları, sürücüyə elektron yardım sistemləri, dairəvi görüntü sistemi, interyerin adaptiv işıqlandırılması və smartfonların naqilsiz doldurulması sistemləri daxil olacaqdır.

Şkoda Kodiaq modelində ilk dəfə olaraq qoşqu ilə arxaya hərəkət zamanı yardım sistemi tətbiq ediləcəkdir ki, sistem maneə aşkarlayarsa avtomatik olaraq avtomobili dayandıracaqdır.

Yeni krossoverin rəsmi təqdimat mərasimi bu ayın sonlarında keçiriləcək Paris avtosalonunda baş tutacaqdır. Onun satışlarına isə 2017-ci ilin birinci rübündə başlanmalıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt