Önümüzdəki həftələrdə Skoda şirkəti Kodiaq RS krossoverlərinin yığılmasını və tədarükünü dayandıracaq. Bunun səbəbi “bərkgedən” krrossoverin mühərrikinin qüvvədə olan ekoloji normların tələblərinə uyğun olmamassıdır. Çox güman ki, modelin kapotunun altında yerləşən biturbodizel istefaya göndəriləcəkdir - ancaq bu modifikasiyanın, modelin plan üzrə yenilənməsindən sonra modifikasiya çeşidinə qaytarılacağı bildirilib.
Skoda Kodiaq RS modelində quraşdırılan 240 at qüvvəsi və 500 Nm fırlanma anı olan 2,0-litrlik biturbodizel yürüş zamanı hər bir kilometrə 209-217 qram CO₂ atır. Avropa qanunvericiliyinə görə, 2021-ci ildə model xətti üzrə ortalama zərərli tullantıların səviyyəsinin bir kilometrə 95 qrama azaldılması nəzərdə tutulub.
Belə sərt qaydalar çex istehsalçısını “bərkgedən” krossoverin istehsalını dayandırmağa məcbur edib. Bununla belə, Skoda şirkəti Kodiaq RS modelindən imtina etmək niyyətidə deyil.
Kodiaq RS krossoverinin hansı formada model xəttinə qayıdacağı hələlik məlum deyil. İstehsalçı yalnız təxmini tarixləri açıqlyıb: “bərkgedən” krossover gələn ilin birinci yarısında, modelin plan üzrə yenilənməsi zamanı geri qayıda bilər.
Çox güman ki, istefaya göndərilən biturbodizel benzin turbomühərriki ilə əvəzlənəcəkdir. Benzin aqreqatın 48 voltluq startyor-generatoru ilə təchiz olunacağı da istisna edilmir. Skoda nümayəndələri hibrid güc qurğusu ilə təchiz edilmiş Kodiaq modelinin buraxılacağını inkar edirlər. Onların bildirdiklərinə görə, belə bir modifikasiya istehsalçının planlarında nəzərə tutulmayıb.