Skoda şirkəti Kushaq modeli ətrafında cərəyan edən ehtirasları qızışdırmağa davam edir. Bir müddət bundan öncə yığcam krossoverin kamuflyajlı şəkillərini dərc edən çex istehsalçısı, bu dəfə avtomobilin dizayner eskizlərini yayımlayıb. Eyni zamanda, yeni avtomobilin kütləvi təqimat tarixi də açıqlanıb: 18 mart.
Kushaq modeli Skoda şirkətinin keçən il təqdim etdiyi Vision IN konsept avtomobilinin seriya versiyası olacaqdır. Çex istehsalçısı krossoverlərin adındakı bənzərliyi qorumaq niyyətində olduğunu bildirib. Məlum olduğu kimi, bütün adlar "K" hərfi ilə başlamalı və "Q" hərfi ilə bitməlidir. Kushaq sözü isə Hindistan tarixindən götürülüb və sanskritdən tərcümədə "imperator" və ya "kral" deməkdir.
Bu, bir daha yeni modelin Hindistan bazarında satılacağından xəbər verir. Lakin, sonradan model digər bazarlarda da satışa çıxarıla bilər. Bu barədə dərc edilmiş son mətbuat açıqlamasının başlığı xəbər verir: Made for the world, in India ("Dünya üçün, Hindistanda buraxılıb").
Kushaq modeli, Hindistan bazarında satılacaq Skoda Rapid və Volkswagen qrupunun digər yeni avtomobillərinin əsasını təşkil edəcək MQB-A0-IN platformasıda inşa olunacaqdır. Skoda yeni krossoverinin ölçülərini hələ də gizli saxlayır. Yeganə istisna təkər bazasıdır – 2651 millimetr. Çox güman ki, avtomobilin uzunluğu dörd metri keçməyəcəkdir, çünki belə uzunluğa malik olan avtomobillərə Hindistanda xüsusi vergi güzəştləri tətbiq olunur.
Kushaq modelinin təchizatına LED optika, tənzimlənən sürücü oturacağı və sükan, sensorlu ekranı olan multimedia sistemi və Climatronic qurğusu daxil olacaqdır. Salonda altı hava yastığı quraşdırılacaqdır. Əlavə ödənişlə, yan və pərdə hava yastıqlarını sifarişe etmək mümkün olacaqdır. Bundan başqa, krossoverin avadanlıq siyahısında ESC sistemi , enişdə və ya qalxışda yardım sistemi, işıq və yağış sensorları, kruiz-kontrol və şinlərdəki təzyiqə nəzarət sistemləri də daxildir.
Yeni modelin mühərrik çeşidinə 1,0 və 1,5 litrlik iki benzin turbomühərrikləri daxildir. Transmissiyalar çeşidi altı pilləli mexaniki və avtomatik ötürmələr qutusundan, habelə yeddi pilləli DSG "robot"undan ibarətdir. Ötürmə - yalnız ön oxadır.