İspaniyanın km77 nəşri artıq həyata keçirdiyi “sığır testləri” ilə məşhurlaşıb. İspanlar mütəmadi olaraq yeni modelləri sığırla “qarşılaşdırır” və əldə edilmiş nəticələri ictimayyətlə bölüşürlər. Bu dəfə ispanlar “sığırın qarşısına” hibrid güc qurğusu ilə təchiz edilmiş “qaynar” Skoda Octavia Combi RS universalını çıxarıblar . Ən maraqlısı odur ki, “qaynar” universal bu sınağın öhdəsindən gəlmə bilməyib. Bununla belə, ispanlar günahın avtomobildə deyil, onun təchiz edildiyi Bridgestone şinlərində olduğunu bildiriblər.

Jurnalistlər yapon markasının şinlərinin kəskin manevrlər zamanı yol səthi ilə lazım olan ilişməni təmin etmədiyini bildiriblər. Onlar sınaqlar üçün 245 at qüvvəli güc qurğusu, adaptiv asqı və Bridgestone Turanza şinləri ilə təchiz edilmiş Octavia Combi RS universalını götürüblər. Məhz bu şinlər avtomobilin tyestlərdəki uğursuzluğunun səbəbkarıdırlar.

Sınaqlar zamanı, çex universalının qeydə aldığı ən yaxşı nəticə 70 km/saat olub. Bütün növbəti cəhdlər bir və ya iki konusun vurulması ilə nəticələnib. Bu, jurnalistləri möhkəm təəccübləndirib, çünki daha böyük Mercedes-Benz E-Class Estate universalı bu tapşırın öhdəsindən 75 km/saat sürəti ilə gəlib.

Avtomobili isarə edən test-pilot uğursuzluğun şinlər ilə əlaqədar olduğunu bildirib. Yol səthi ilə lazımi ilişmə səviyyəsini təmin etməyən şinlər, avtomobilə yüksək sürətlərdə kəskin manevrlər etməyə imkan verməyib. Yavaşladılmış görüntülərdə həqiqətən də şinlərin asfaltla ilişməsinin olmadığı diqqəti çəkir. Üstəlik, testin təşkilatçıları Bridgestone Turanza şinləri ilə təchiz edilmiş avtomobillərin “sığır testində” 75 km/saatdan çox nəticə əldə etmədiklərini söyləyiblər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.