Skoda Octavia modeli yaxın zamanlarda yeni opsiyaya – tamamilə rəqəmsal cihazlr panelinə sahib olacaqdır. Bu barədə məlumat çex istehsalçısının saytındakı konfiquratorda peyda olub. Xatırladaq ki, eyni cihazlar paneli Karoq modelinə quraşdırılır.
Yeni cihazlar paneli dörd rejimə malik olacaqdır. Bunlardan biri klassik formalı cihazlar paneli olacaqdır ki, bu zaman displeydə yumru spidometr və taxometr əks etdiriləcəkdir. “Müasir görkəmli” cihazlar panelində displeyin mərkəzdə naviqasiya sistemi göstəriləcəkdir.
Digər cihazlar rəqəmsal panelin displeyinin yan tərəflərində və yuxarı hissəsində əks etdiriləcəkdir. “Genişləndirilmiş” rejimdə displeydəki məlumat vahid məlumat bloku şəklində göstəriləcəkdir. Cihazlar panelinin standart görüntücü iki məlumat blokundan və cihazlardan ibarət olacaqdır.