Skoda şirkəti "qaynar" Octavia RS245 modelini rəssam-abstraksionistə çevirib. Bunun üçün çexlərə peşəkar ralli pilotunun və qraffiti ustasının köməyi gərək olub.
Speed is Art adlı videoçarxda WRC2 kateqoriyasının pilotu Pontus Tidemand və çex rəssamı Matej Olmer çəkilib. Onlar avtomobilin köməyi ilə idarəetmədən alınan həzzi əks etdirən bir neçə abstraksiyanı hazırlayıblar. Skoda Octavia RS modelinin bazasında hazırlanmış RS 245 modifikasiyası 245 at qüvvəsi və 370 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli turbomühərriklə təchiz edilir.
Güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu ilə yanaşı, yeddi diapazonlu iki muftalı robotlaşdırılmış DSG qutusu ilə də təklif edilir. Liftbek kuzovlu Şkoda Octavia RS 245 modeli 100 km/saat həddinə sürətlənməyə 6.6 saniyə vaxt sərf edir. Bir qədər artıq çəkiyə malik olan universal kuzovlu RS 245-ə bu həddə çatmağa 6.7 saniyə tələb olunur. Hər iki modelin maksimal sürəti 250 km/saat həddində məhdudlaşdırılıb.