Şkoda şirkəti yolsuzluq üçün nəzərdə tutulmuş Octavia Scout modelinin yenilənmiş variantını təqdim etmişdir. Yenilənmədən sonra, universalın 150 at qüvvəli 2,0-litrlik dizel mühərriki olan baza variantı yeddi pilləli DSG “robotu” əldə etmişdir.
Zahiri cəhətdən Şkoda Octavia RS modelləri adi restaylinq keçmiş adi avtomobillərlə eyni dəyişikliklərə məruz qalmışdır. Octavia Scout modeli iki komponentli işıqdiodlarından olan fənərlər və təkmilləşdirilmiş ön və arxa bamperlər ilə təchiz edilir. Yeni bamperlərin quraşdırılması sayəsində avtomobilin çıxıntı dərəcəsi öndə 16,6, arxada isə 14,5 dərəcə olmuşdur. Şkoda Octavia Scout modelinin təchizatına 6,5-dən 9,2-düymə qədər diaqonalı olan sensorlu ekranla təchiz edilən multimedia sistemi daxil edilmişdir. Scout modelinin mühərrik çeşidi dəyişilməz qalmışdır. Baza variantının təchiz edildiyi 150 at qüvvəli 2.0-litrlik dizel mühərriki altı pilləli mexaniki ötürmələr qutusu ilə yanaşı yeddi pilləli “robotla” da təcvhiz edilir. Bundan başqa, Octavia Scout həmçinin 2,0-litrlik mühərrikin 184 at qüvvəli variantı və 180 at qüvvəli 1,8-litrlik benzin mühərriki ilə də təchiz edilir. Şkoda Octavia Scout modelinin yenilənmiş variantının satışlarına 2017-ci ilin yazında başlanacaqdır.