Şkoda şirkəti yenilənmiş Octavia modelini rəsmi olaraq təqdim etmişdir. Yenilənmədən sonra avtomobil yeni formalı və tam işıqdiodlarından hazırlanmış ön fənərləri əldə etmişdir. Formasına görə yeni fənərlər W212 kuzovlu Mercedes-Benz E-Class modelini xatırladır

Bildiyimiz kimi, əvəllər avtomobil biksenon tipli fənərlərlə təchiz edilirdi. Bundan başqa, avtomobil cüzi dəyişdirilmiş bamperlərə və təkmilləşdirilmiş duman əleyhinə fənərlərə sahib olmuşdur. Eyni zamanda, avtomobil 16 - 18 düymlük yeni alüminium təkər diskləri ilə də təklif edilir. Şkoda Octavia modelinin bahalı modifikasiyalarının təchizatına Kodiaq modelindən alınmış  9,2-düymlük sensorlu ekranı olan Columbus multimedia kompleksi daxil edilmişdir. Mərkəzi konsolda olan düymələr sensorlarla əvəz edilmişdir. Əlavə olaraq, yenilənmiş avtomobil bayraqdar Superb modelindən bir sıra köməkçi sistemləri də almışdır.

Octavia üçün piyadanı aşkarlayaraq öndən çarpışma təhlükəsi barədə xəbərdarlıq edən sistemi, arxa hərkətlə qarajdan çıxmaq üçün yardım sistemi və kor zonalara nəzarət sistemini əldə etmişdir. Avtomobilin Parktronic sistemi də təkmilləşdirilmişdir. Şkoda Octavia modelinin mühərrik çeşidində heç bir yenilik edilməmişdir. Liftbek əvvəlki kimi 84 -184 at qüvvəsi diapazonunda gücü olan benzin və dizel aqreqatları ilə təchiz edilir.  Sürətlər qutusu - altı pilləli mexaniki və ya altı və yeddi pilləli iki muftalı DSG robotlaşdırılmış qutuları ola bilər. Əlavə ödənişlə DCC pnovmoasqısını da sifariş etmək olar. Yenilənmiş Şkoda Octavia modelinin Avropa bazarındakı satışlarına gələn ilin əvvəlində start veriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt