Şkoda şirkəti Frankfurt avtosalonunda Scala modelinin Monte Carlo dizayner modifikasiyasını nümayiş etdirəcəkdir. Ənənəvi olaraq, məşhur rallinin şərəfinə adlandırılmış avtomobillər xüsusi eksteryer və interyer tərtibatı ilə seçilir.
Skoda Scala Monte Carlo modelini qara eksteryer elementləri sayəsində ayırd etmək olar. Bu elementlərə radiator barmaqlığı, güzgü gözdələri, ön bamperdəki işləmələr, həmçinin baqaj qapağının üzərindəki Skoda yazısı aiddir. Bundan başqa, hetçbek 17 və 18 düymlük xüsusi təkər diskləri ilə də təchiz edilir.
Avtomobilin interyer tərtibatı qırmızı rəngli tikişlərin, qara parça ilə örtülmüş tavanın mövcudluğunu, həmçinin sükan çarxının, ötürmələr qutusunun və dayanacaq əyləcinin dəstəklərinin dəri ilə üzlənməsini nəzərdə tutur. Pedallar alüminium örtmələrə sahibdir, adi oturacaqlar idman kresloları ilə əvəzləniblər. Hetçbek standart olaraq panoram tavan və tündləşdirilmiş şüşələr ilə təchiz edilir.