Skoda şirkəti 2019-cu ildə Kodiaq krossoverinin kupe-krossover variantını buraxmaq niyyətindədir. Bu barədə məlumatı Avropanın nüfuzlu avtomobil dərgilərindən olan Autobild nəşri Çexiya istehsalçısının rəhbəri Bernhard Mayerə istinadən yaymışdır. Şkoda şirkətinin rəhbəri jurnalistlərə Kodiaq modifikasiyasının model cərgəsini ciddi şəkildə genişləndirmək niyyətində olduqlarını bildirmişdir. Skoda Kodiaq Coupe modeli adi krossoverdən fərqli olaraq daha dinamik zahiri görkəmə malik olacaqdır. Yeni model kuzov forması ilə BMW X4 və Mercedes-Benz GLC-Class modellərini xatırladacaqdır.
İlkin olaraq yeni kupe-krossover Çin bazarında satışa çıxarılmalıdır. Sonradan avtomobilin digər bazarlarda da satılması nəzərdə tutulur. Skoda Kodiaq modelinə gəldikdə isə, çexiyalı istehsalçı krossoverin hibrid güc aqreqatı ilə təchiz edilmiş variantı ilə yanaşı, onun «qaynar» modifikasiyası olan Kodiaq RS avtomobilini də alıcılara təklif etməyi planlaşdırır.
Xatırladaq ki, Çex istehsalçısı gələcək Kodiaq krossoverinin carçısı olan VisionS konseptini bu ilin mart ayında keçirilmiş Cenevrə avtosalonunda təqdim etmişdi. Skoda VisionC konseptinin qabarit uzunluğu 4700 millimetr, eni - 1910 millimetr, hündürlüyü isə 1680 millimetr təşkil etmişdir. Konsept altı sərniçinin rahatlıqla əyləşəcəyi üç cərgəli oturacaqlara malikdir.