Çex brendi yarış simulyatoru üçün superkar yaradan avtomobil istehsalçılarına qoşulmaq qərarına gəlib. Skoda brendinin artıq 400-dən çox avtomobili özündə cəmləşdirən Gran Turismo 7 seriyasına verdiyi töhfə, iki livreyada əlçatan olan aerodinamik kuzovlu futuristik tək oturacaqlı superkardır. Onu dörd elektrik mühərrikindən ibarət olan və 1088 at qüvvəsi hasil edən güc qurğusu hərəkətə gətirir.
Skoda Vision Gran Turismo superkarı 1957-ci ildə “Le Manın 24 saatı” marafonu üçün hazırlanmış 1100 OHC Spider yarış avtomobilindən ilham alınaraq yaradılıb. Onun dizayna yeni Modern Solid vizual üslubunun elementləri də daxil edilib – T-formalı ön optika və kuzovun tutqun yaşıl rəngi. Dizaynda aktiv aerodinamik elementlər, o cümlədən bölünmüş antiqanad var.
Pilot, geymerlərin köməkliyi ilə yaradılmış, çalovşəkilli oturacağı və “kəsilmiş” sükan çarxı olan minimalist kokpitlə əhatə edilib. Mürəkkəb formalı displey sürəti, hərəkət rejimini və batareyanın səviyyəsini, habelə arxa görüntü kameralarından gələn təsvirləri göstərir. Onun üstündə güc sayğacı rolunu oynayan "büllur daş" yerləşir.
Virtual superkarın güc qurğusu ümumilikdə 1088 at qüvvəsi (800 kVt) və 1020 Nm fırlanma anı hasil etdirən iki fırçasız elektrik mühərrikindən (hər oxda biri) ibarətdir. Ötürmə - bütün təkərlərədir, asqı sistemi müstəqil qollardakı itələyicilərlədir. Mühərriklər 87 kilovat-saatlıq litium-ion batareyasından qidalanır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.