Şkoda Auto şirkəti rəsmi olaraq Kodiaq krossoverinin Scout adlı modifkasiyasını təqdim etmişdir. Avtomobil, onun yolsuzluq şəraitində keçə bilmə göstəricilərini yaxşılaşdıran bir sıra yenilikləri əldə etmişdir. Şkoda Kodiaq Scout modelinin kütləvi təqdimat mərasimi 87-ci Cenevrə avtosalonunda keçiriləcəkdir.

Yolsuzluq şəraiti üçün nəzərdə tutlmuş Şkoda Kodiaq Scout modeli «Scout» indeksini almış avtomobillərə xas olan xarakterik dəyişiklikləri əldə etmişdir. 194 millimetrlik klirensə malik olan avtomobil standart olaraq tam çəkiş sistemi, öndə və arxada olan gümüşü rənglu müdafiə əlementləri və yalnız Kodiaq Scout modelinə məxsus olan 19-düymlük eksklyuziv təkər diskləri, həmçinin xüsusi emblemlər ilə təchiz ediləcəkdir. Bundan başqa, krossover tündləşdirilmiş şüşələrə, həmçinin radiator barmaqlığının, reylinqlərin və güzgü korpuslarının eksklyuziv tərtibatına malik olacaqdır.

Şkoda Kodiaq Scout modeli üç müxtəlif güc aqreqatı ilə təklif ediləcəkdir. Avtomobilin baza variantı 150 at qüvvəli 1,4-litrlik benzin turbomühərriki ilə təchiz ediləcəkdir. Belə mühərriklə təchiz edilmiş krossover 100 km/saat sürətini 9,8 saniyəyə toplayır. Bundan əlavə, yeni krossover 2,0-litrlik benzin (180 at qüvvəsi) və dizel (150 və 190 at qüvvəsi) mühərrikləri ilə də təklif ediləcəkdir. 180 at qüvvəli Kodiaq Scout modeli 100 km/saat sürətini 8 saniyəyə toplayır və 207 km/saat maksimal sürətə malikdir. Krossoverin dizel variantı, müvafiq olaraq bu işə 9,5 və 8,9 saniyə sərf edəcəkdir. Dizel mühərrikli krossoverin maksimal sürət həddi - müvafiq olaraq 197 və 210 km/saat təşkil edir. Ötürmələr qutusu - iki muftalı yeddi pilləli DSG «robotudur».

Krossover başlanğıc olaraq Ambition təchizat səviyyəsində təklif edilir. Kodiaq Scout modelinin təchizat siyahısına Eco, Comfort, Normal, Sport, Individual və Snow rejimləri olan Driving Mode Select sistemi,  multifunksional sükan çarxı, səkkiz dinamikli qabaqcıl səs sistemi, yolsuzluqla hərəkət köməkçisi, mühərrik və altlığın müdafiəsi, həmçinin park etmə vericiləri daxildir. Salonda alkantaradan işləmələri olan oturacaqları, pedalların metal örtüklərini və toxunma ayaqaltıları görmək mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt