Şkoda Auto şirkəti Cenevrə avtomobil sərgisində nümayiş etdirəcəyini yeni VisionS konseptini rəsmi olaraq təqdim etmişdir.. Çexiyalı istehsalçı 2017-ci ildə işıq üzü görəcək yeddi yerli krossoverin prototipini göstərməklə öz müştərilərinin reaksiyasını öyrənmək niyyətidədir. Bu günlərdə Şkoda yeni konseptin ikinci tizerini və markanın şef-dizayneri Yozef Kabanın çəkildiyi video-çarxı yayımlamışdır. Təqdim olunmuş video-çarx «İnspiration» («İlham») adlanır və Kaban yeni konsepti yaradan zaman məşhur Bohemiya büllurundan ilham aldığını bildirmişdir.
Verilən məlumatlara görə, avtomobilin qabarit uzunluğu 4700 millimetr, eni - 1910 millimetr, hündürlüyü isə 1680 millimetr olacaqdır. Konsept altı sərniçinin rahatlıqla əyləşəcəyi üç cərgəli oturacaqlara malikdir.Avtomobilin zahiri görkəmi iki il bundan öncə elə Cenevrədə təqdim edilmiş VisionC prototipinin üslubunda həll edilmişdir. Avtomobil, kuzovun perimetr boyu müdafiəsini təmin edən plastik elementlər ilə, iki təkər diskləri və işıq diodlarından hazırlanmış fənərlərlə təchiz ediləcəkdir.
Verilən məlumtat əsaən, konseptual krossover tərkibinə 1,4-litrlik benzin mühərriki və iki elektrik motoru daxil olan, ümumi gücü 225 at qüvvəsi təşkil edən hibrid güc aqreqatı ilə hərəkətə gəlir. Məişət elektrik şəbəkəsindən qidalana bilən sistemin 12,4 kilovatt-saat tutumlu batareyalar dəsti arxa oxun önündə yerləşdirilmişdir.
Yalnız elektrik mühərrikindən istifadə etməklə, avtomobil 50 kilometr məsafə qət etmək iqtidarında olacaqdır. Hibrid rejimində isə, yürüyüş məsafəsinin uzunluğu 1000 kilometr təşkil edəcəkdir. Çexlər iddia edirlər ki, avtomobil 100 kilometrə 1,9 litr yanacaq sərf edəcəkdir. Bu aqreqat sayəsində krossover saatda 100 kilimetr saat həddini 7,4 saniyəyə toplayır və 200 km/saat maksimal sürətə malikdir.
Çexiyalı istehsalçı 156 at qüvvəsi və 250 Nm fırlanma anı olan benzin müərrikini, 54 at qüvvəsi və 220 Nm fırlanma anı alan elekrik mühərriki ilə birləşdirmişdir. Altı pilləli robotlaşdırılmış sürətlər qutusu vasitəsi ilə bu tandemin fırlanma anı ön oxa ötürülür. İkinci, 115 at qüvvəsi və 270 Nm fırlanma anı olan elektrik mühərriki arxa oxun hərəkət etdirilməsinə cavabdehdir. Beləliklə, Şkoda tam ötürməli çəkiş sisteminə olan öz baxışını da VisionS konsepti vasitəsi ilə nümayiş etdirmiş olur.
Çox güman ki, konseptin seriya variantı Alyaskada mövcud olan boz ayıların şərəfinə Kodiak adlandırılacaqdır. MQB modul şassisində hazırlanmış konsept 7-yerli Volkswagen Tiguan modeli ilə eyni komponentləri daşıyacaqdır. Şkoda Kodiak həm iki cərgəli, həm də üç cərgəli oturacaqlarla təklif ediləcəkdir.