Bir müddət əvvəl Şkoda Auto şirkəti Cenevrə avtomobil sərgisində yeni VisionS konseptini nümayiş etdirəcəyini bəyan etmiş və onun tizerlərini yaymışdı. Çexiyalı istehsalçı 2017-ci ildə işıq üzü görəcək yeddi yerli krossoverin prototipini göstərməklə öz müştərilərinin reaksiyasını öyrənmək niyyətidədir. Bu günlərdə Şkoda yeni konseptin ikinci tizerini və markanın şef-dizayneri Yozef Kabanın çəkildiyi video-çarxı yayımlamışdır. Təqdim olunmuş video-çarx «İnspiration» («İlham») adlanır və Kaban yeni konsepti yaradan zaman məşhur Bohemiya büllurundan ilham aldığını bildirir.
Verilən məlumatlara görə, avtomobilin qabarit uzunluğu 4700 millimetr, eni - 1910 millimetr, hündürlüyü isə 1680 millimetr olacaqdır. Konsept altı sərniçinin rahatlıqla əyləşəcəyi üç cərgəli oturacaqlara malikdir.
Avtomobilin zahiri görkəmi iki il bundan öncə elə Cenevrədə təqdim edilmiş VisionC prototipinin üslubunda həll edilmişdir. Avtomobil, kuzovun perimetr boyu müdafiəsini təmin edən plastik elementlər ilə, iki təkər diskləri və işıq diodlarından hazırlanmış fənərlərlə təchiz ediləcəkdir.
Çox güman ki, konsept Alyaskada mövcud olan boz ayıların şərəfinə Kodiak adlandırılacaqdır. MQB modul şassisində hazırlanmış konsept 7-yerli Volkswagen Tiguan modeli ilə eyni komponentləri daşıyacaqdır. Şkoda Kodiak həm iki cərgəli, həm də üç cərgəli oturacaqlarla təklif ediləcəkdir.