Skoda şirkəti 2022-ci ilin avqust ayında brendin yeni dizayn üslubunu nümayiş etdirmək üçün hazırlanmış Vision 7S konseptini göstərmişdi. İndi isə, çex istehsalçısı Peaq adlı seriya elektromobilini hazırladığını bəyan edib və yeniliyin qalın kamuflyaj örtüyünə malik olan prototipini nümayiş etdirib.

Qeyd etmək gərəkdir ki, kamuflyaj örtüyü yeni modelin ümumi dizaynına qiymət verməyə mane olmur: seriya modelinin konseptdən daha təmkinli görünüş ilə fərqlənəcəyi aydındır. Ön hissənin nazik LED faraları və Elroq, Enyaq və Epiq elektrik krossoverlərindəkinə bənzəyən bağlı paneli olan tərtibatı saxlanılıb. Bununla belə, Peaq diaqonal hava girişləri olan inkişaf etdirilmiş ön bamperə malikdir.

Yan tərəfdən batırılmış qapı tutacaqları diqqəti çəkir, arxa hissə isə, faktiki olaraq şaquli vəziyyətdədir. Sportline təchizatında qara vurğular və opsional 21-düymlük təkər diskləri quraşdırılacaq. Uzunluğu 4874 millimetr, təkər bazası isə, 2965 millimetr olan yeni model yanacaqla işləyən Kodiaq krossoverindən 116 millimetr, Superb modelindən isə, 124 millimetr uzundur. Onun təkər bazası isə, Kodiaq modeli ilə müqayisədə 174 millimetr genişdir.

Elektromobil beş və yeddi yerlik konfiqurasiyalarda təklif olunacaq. Birinci versiyanın baqajı 1010 litrə qədər, ikinci isə, oturacaqların arxasında 299 litrlik məkan təklif edir. Hər iki versiyada ön kapotun altında 37 litrlik bölmə olacaq.

Salonda mərkəzi məlumat-əyləncə sisteminin 13,6-düymlük ekranı, tamamlanmış reallıqlı proyeksiya ekranı və olunmuş brendin tarixindəki ən böyük panoram dam var. Sonuncu Dynamic Shade Control elektroxrom texnologiyası ilə təchiz ediləcək. Relax Package dəstinə masaj funksiyası və ayaq dayaqları olan erqonomik oturacaqlar, sağlamlığı izləyən tətbiq və Sonos audio sistemi daxildir.

Şirkət, interyer tərtibatında 50 kiloqramdan çox təkrar emal olunmuş materialdan, əsl dəri və heyvan mənşəyi olmayan materiallardan istifadə edildiyi bildirilib. Nəhayət, Peaq yeni Simply Clever firma dəstinə malik olacaq.

MEB platformasına əsaslanan elektrik krossoveri iki batareya və üç güc aqreqatı ilə təklif olunacaq. Giriş səviyyəli Peaq 60 versiyası 204 at qüvvəli arxa mühərrikə və 63 kilovat/saatlıq batareyaya malik olacaq və 460 kilometrdən çox məsafə qət edə biləcək.

Peaq 90 modeli arxa ötürməni saxlayacaq, lakin 286 at qüvvəli mühərrikə sahib olacaq, 90x variantı isə, ikimühərrikli tam ötürmə sisteminə malik olacaq: onun 300 at qüvvəli güc aqreqatı 0-dan 100 km/saat həddinə 6,7 saniyəyə sürətlənməyə imkan verir. Bundan əlavə, 90 və 90x versiyaları 600 kilometrdən çox məsafə qət etməyə imkan verən 91 kilovat/saatlıq batareya ilə təchiz olunacaqlar. Batareyanın 10%-dən 80%-ə qədər doldurulmasına 28 dəqiqədən az vaxt lazım olacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Skoda Peaq modelinin istehsalı şirkətin Çexiya Respublikasının Mladá Boleslav şəhərindəki müəssisəsində təşkil ediləcək. Yeniliyin satışlarına cari ilin ortalarında başlanmalıdır. Škoda Peaq modelinin Hyundai Ioniq 9, Kia EV9, Peugeot E-5008 və Volvo EX90 modelləri ilə rəqabət aparacağı gözlənilir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.