Bir ay bundan öncə, Skoda şirkəti beş ilə yaxın direktorlar şurasına rəhbərlik edən Bernhard Mayerin vəzifəsindən ayrılacağını açıqlamışdı. İndi isə, onun varisinin adı da açıqlanıb - Tomas Şefer. İdarə heyətinin yeni sədri artıq vəzifələrini icra etməyə başlayıb.
Cənab Şefer, avtomobil sənayesində 30-illik karyeraya malik olan diplomlu mühəndis-mexanikdir. O, fəaliyyətinə Daimler AG konsernində başlayıb və 2002-ci ilə qədər Almaniya, ABŞ və Cənubi Afrikada müxtəlif rəhbər vəzifələrində çalışıb. Növbəti üç il ərzində top menecer, yaradıcılarından olduğu DaimlerChrysler Malaysia bölməsinə rəhbərlik edib, sonra isə, inkişaf etməkdə olan bazarlar üçün avtomobillərin tədarükü və yığılmasına cavabdehlik daşıyıb, planlaşdırma və beynəlxalq logistik sahəsinə başçılıq edib, nəhayət, Çində Mercedes-Benz və BAIC ortaq müəssisə qurub.
Bernhard Mayer
Tomas Şefer 2012-ci ildə Volkswagen qrupuna qatılıb, burada da cari və gələcək istehsal sahələrinə diqqət yetirib. 2015-ci ildə qrupun Cənubi Afrika bölməsinin direktorlar şurasının sədri təyin edilib və bu günə qədər diler şəbəkəsini əhəmiyyətli dərəcədə inkişaf etdirməyə, həmçinin VW və Audi markalarının yerli bazarlardakı payını rekord səviyyəyə yüksəltməyə müvəffəq olub.
Hazırdsa konsern rəhbərliyinin Şeferin qarşısında hansı hədəfləri qoyduğu açıqlanmır. Bernhard Mayerin ayrılma səbəbləri və yeni iş yeri barədə hələlik heç bir məlumat yoxdur. O, "dizel" qalmaqalından sonra Skoda rəhbərlik edib, ondan əvvəl isə Porsche AG şirkətinin idarə heyətinin üzvü olub.