Skoda şirkəti yenilənmiş Superb modelinin növbəti tizerini dərc edib. Yeni tizerdə LED işıq texnikasının fəaliyyəti nümayiş etdirilir. Tarixində ilk dəfə olaraq çex istehsalçısı opsional olaraq matrisa tipli ön fənərləri və dinamik dönmə işıqları olan arxa fənərlər təklif edir. Yenilənmiş Skoda Superb modeli Slovakiyada keçiriləcək Dünya hokkey çempionatı zamanı təqdim ediləcəkdir.
Yenilənmiş Superb fərdi şəkildə idarələnən seqmentləri olan LED Matrix fənərləri ilə təchiz ediləcəkdir. Alın şüşəsində quraşdırılmış kameradan alınmış məlumata əsasən fənərlərdəki işıq dəstəsinin konfiqurasiyası qarşıdan gələn hərəkət axını və işıqlandırmadan asılı olaraq avtomatik şəkildə dəyişəcəkdir. Duman əleyhinə fənərlər də işıqdiodlarından olacaqdır.
Arxa fənərlər dinamik dönmə işıqlarına sahib olacaqdır: işıqlanan zolaq daxildən xaricə doğru hərəkət edəcəkdir. Avtomobilin açılıb-bağlanması zamanı onlar müəyyən edilmiş ardıcıllıqla yanıb-sönərək avtomobilin sahibini «salamlayacaqdırlar».
İlkin məlumata görə, Skoda Superb genişləndirilmiş funksionallığa və «hava» ilə yenilənmə funksiyasına malik olan mediakompleksə də sahib olacaqdır. Bundan başqa, yenilənmiş modelin mühərrik çeşidinə 1,4-litrlik turbomühərrikin əsasında yaradılmış hibrid güc qurğusu da daxil ediləcəkdir.