Çex krossoveri 2016-cı ildən satışdadır, lakin indiyə qədər yenilənməyib. İndi isə, çex brendinin yeni korporativ üslubunun ilk daşıyıcısı olan ikinci nəsil Kodiaq modeli debüt edib. Bundan başqa, Kodiaq təkrar doldurulan hibrid versiyaya sahib olub və daha geniş salonu ilə seçilir. Əvvəlki nəsildə olduğu kimi, ikinci nəsil Kodiaq da iki salon konfiqurasiyasında təklif ediləcək - beş və yeddi yerlik versiyada.
Skoda Kodiaq krossoverinin eksteryer dizaynı Vision 7S konsepti üslubunda hazırlanıb: kapotda yeni ştamplamalar peyda olub, optika və onun içalatı dəyişdirilib, radiator barmaqlığı daha həcmli görünür, arxa işıqlar isə C şəkillidirlər və işıqlanan zolaqla birləşiblər. Ümumiyyətlə, sələfi ilə müqayisədə yeni krossoverin silueti, o cümlədən arxa qapıdakı yeni spoyler sayəsində, daha dinamik olub. Əvvəlki Kodiaq modelindən daha bir nəzərəçarpmayan fərq dekorda xromun olmamasıdır.
Krossoverin ölçülər bir qədər dəyişib - Kodiaq daha alçaq və daha ensizdir, eyni zamanda, onun uzunluğu artıb. Baqaj bölməsində də artım var: beşyerlik krossoverdə onun həcmi 910 litr (+75 litr), yeddi yerlik versiyada isə, 340 litr (+ 70 litr) təşkil edir.
Artıq salonda 10 düymlük rəqəmsal cihazlar paneli, opsional proyeksiya displeyi və multimedia sisteminin mərkəzi sensorlu ekranı var - onun diaqonalı konfiqurasiyadan asılı olaraq 10 və ya 13 düymdür. Digər mühüm yenilik isə, avtomatik transmissiyanın mərkəzi tuneldə deyil, sükan sütununda yerləşən selektorudur. Tərtibatda təkrar emal edilmiş polyester və təbii yundan istifadə olunur.
Skoda Kodiaq modeli beş modifikasiyaya sahib olacaq, onlardan ən maraqlısı plagin hibrididir. Belə bir krossover elektrik mühərrikinin kömək etdiyi 1,5-litrlik turbomühərrik ilə hərəkətə gəlir - güc qurğusunun ümumi hasilatı 204 at qüvvəsidir. 25,7 kilovat-saatlıq batareya sahəsdində hibrid sirf elektrik dartması ilə 100 kilometrə qədər məsafə qət edə bilər. Batareyanı 50 kilovata qədər gücə malik olan daimi cərəyanlı terminaldan doldurmaq olar.
İkinci elektrikləşdirilmiş versiya da var – bu, 150 at qüvvəli "mülayim hibrid" qurğusudur. Həmçinin 204 at qüvvəli 2,0-litrlik benzin "turbodördlüyü", habelə 150 və ya 193 at qüvvəli 2.0-litrlik turbodizel də var.. Ənənəvi daxiliyanma mühərriki olan bütün versiyalar DSG “robotu”, güclü benzin və dizel versiyaları isə tam ötürmə ilə təchiz edilirlər.
Yeni Skoda Kodiaq krossoverinin Avropada satışının başlanması 2024-cü ilin ikinci rübündə planlaşdırılır, qiymətlər hələlik açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.